Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin 80-85%-nin əmək haqqları artacaq - Nazir

© Photo : Baku city Education DepartmentMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, həmçinin bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək.
BAKI, 16 may — Sputnik. Növbəti mərhələdə 33 mindən artıq müəllim sertifikasiyasıdan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən 80-85%-nin əmək haqqlarında artım baş veəcək.
"İlkin məlumata görə, sertifikatlaşdırmada iştirak üçün 3315 müəllimin məlumatı sistemə daxil edilib" deyə nazir bildirib.
Emin Əmrullayev onu da bildirib ki, növbəti həftədən müəllimlərin işə qəbul imtahanlarda iştirak üçün elektron sənəd qəbulu da başlayır. Nazirin sözlərinə görə, bu il 31 imtahan mərkəzində imtahanlar keçiriləcək. O, qeyd edib ki, həmçinin bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək. "Bu da variantlar arasında fərqlər problemini aradan qaldıracaq. İbtidai sinif müəllimləri istisna olmaqla digər müəllimlər bir seansda imtahanda iştirak edə biləcək".
Nazir 34 minə yaxın insanın imtahanla işə qəbul olunduğunu söyləyib. Onun sözlərinə görə, bu isə hər 4 müəllimdən birinin imtahanla işə qəbul olunması deməkdir.
E.Əmrullayev vurğulayıb ki, bu il 10 minə yaxın vakansiya elan olunacaq.
E.Əmrullayev həmçinin qeyd edib ki, ötən il sertifikasiya imtahanından keçə bilməyən 2 803 müəllim üçün təkrar imtahan keçiriləcək: "Onlar minimal keçid balını bu il də toplamasa və yaxud müsahibə mərhələsindən keçməsə əmək müqaviləsinə xitam veriləcək. Bununla da həmin yerlər vakansiyaya çıxarılacaq".
Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir. "Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. Digər dəyişiklik isə ondan ibarətdir ki, ilk dəfə işə qəbul olan müəllimlər 5 ildən bir deyil, 3 ildən bir sertifikatlaşdırmaya cəlb olunacaqlar. Keçən il sertifikatlaşdırmadan kəsilən 2803 müəllim də sertifikadiyada iştirak edəcək. Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir"deyə nazir bildirib.
Xəbər lenti
0