https://sputnik.az/20230516/milli-meclisin-heyder-eliyeve-hesr-olunmus-xususi-iclasi-kecirilir-454907619.html
Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirilir
Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirilir
Sputnik Azərbaycan
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T11:25+0400
2023-05-16T11:25+0400
2023-05-16T11:25+0400
heydər əliyev ili
milli məclis
sahibə qafarova
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/41241/94/412419425_0:470:4513:3008_1920x0_80_0_0_ae59351455da89ee03c1965a74bcf47b.jpg
BAKI, 16 may-Sputnik. Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb. Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər. Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın - Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətləri iştirak edirlər. “Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu” - Sahibə Qafarova çıxışı zamanı deyib. O, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işlərinin geniş vüsət aldığını xatırladıb:“Artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb”.Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/94/412419425_173:0:4184:3008_1920x0_80_0_0_2411e4242e5aebc374008e748aaf1230.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, sahibə qafarova, heydər əliyev
milli məclis, sahibə qafarova, heydər əliyev
Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirilir
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edirlər.
BAKI, 16 may-Sputnik. Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb.
Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın - Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətləri iştirak edirlər.
“Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu” - Sahibə Qafarova çıxışı zamanı deyib.
O, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işlərinin geniş vüsət aldığını xatırladıb:
“Artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb”.
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.