https://sputnik.az/20230516/heyder-eliyev-xususi-missiya-ucun-secmisdi---spiker-454910095.html
Heydər Əliyev xüsusi missiya üçün seçilmişdi - Spiker
Heydər Əliyev xüsusi missiya üçün seçilmişdi - Spiker
Sputnik Azərbaycan
Sahibə Qafarova qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə Şərq müsəlman aləmində ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T11:50+0400
2023-05-16T11:50+0400
2023-05-16T12:28+0400
sahibə qafarova
heydər əliyev ili
heydər əliyev
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_0:83:1600:983_1920x0_80_0_0_afb3aa21987d9e9d58cf1b984610d1c2.jpg
BAKI, 16 may-Sputnik. "Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı". Bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında spiker Sahibə Qafarova bildirib. Sahibə Qafarova deyib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir: "Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı". Spiker qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə Şərq müsəlman aləmində ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb: "Milli həmrəyliyə nail olmaq üçün işlər görüldü, diaspor təşkilatlarının formalaşması dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Tale Heydər Əliyevi xüsusi missiya üçün seçmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə Vətənə, xalqa sevgisi vəhdət təşkil edirdi. Prezident İlham Əliyev demişdir ki, xalq taleyini Heydər Əliyevə etibar etdi və yanılmadı. Məhz Heydər Əliyevin əsasını qoyduğu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan uğurlar dünyanın diqqətini ölkəmizə cəlb edib, 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin olunub. Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq". Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_90:0:1511:1066_1920x0_80_0_0_0e60998eea46841d5268a9c17c4ca0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, heydər əliyev, milli məclis
sahibə qafarova, heydər əliyev, milli məclis
Heydər Əliyev xüsusi missiya üçün seçilmişdi - Spiker
11:50 16.05.2023 (Yenilənib: 12:28 16.05.2023) Sahibə Qafarova qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə Şərq müsəlman aləmində ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb.
BAKI, 16 may-Sputnik. "Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı".
Bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında spiker Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir:
"Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı".
Spiker qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə Şərq müsəlman aləmində ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb:
"Milli həmrəyliyə nail olmaq üçün işlər görüldü, diaspor təşkilatlarının formalaşması dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Tale Heydər Əliyevi xüsusi missiya üçün seçmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə Vətənə, xalqa sevgisi vəhdət təşkil edirdi. Prezident İlham Əliyev demişdir ki, xalq taleyini Heydər Əliyevə etibar etdi və yanılmadı. Məhz Heydər Əliyevin əsasını qoyduğu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan uğurlar dünyanın diqqətini ölkəmizə cəlb edib, 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin olunub. Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.