Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

© AR Ministry of DefenceHərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.
BAKI, 16 may — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.
Xatırladaq ki, bu il mayın 1-də 2023-cü ilin hazırlıq planına əsasən N hərbi hissəsində keçirilən hərbi vəzifəlilərin digər təlim toplanışı başa çatıb.
Həmin təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.
Hərbi vəzifəlilər həmçinin komando hazırlığı üzrə məşğələlərdə iştirak edib. Onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də piyada və tank əleyhinə minalarla bağlı ətraflı məlumat verilib. Komandoların istifadəsində olan silahlardan və gecəgörmə cihazlarından düzgün istifadə qaydaları öyrədilib.
Toplanış müddətində hərbi vəzifəlilərlə müasir döyüş üsulları məşq etdirilib.
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Xəbər lenti
0