CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı əcnəbilər Azərbaycanda daimi yaşaya biləcəklər?

© Photo : State Migration Service of the Republic of AzerbaijanMiqrantlar, arxiv şəkli
Miqrantlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən, banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda daimi yaşaya biləcəklər.
BAKI, 16 may — Sputnik. Prezident İlham Əliyev "Banklar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, bundan sonra yerli banklara müddətli əmanət müqaviləsi əsasında pul qoymaqla ölkə ərazisində müvəqqəti və yaxud daimi yaşamaq üçün icazə almış əcnəbilərin və yaxud vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda veriləcək.
Bundan başqa, dövlət başçısı "Qiymətli kağızlar bazarı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu da təsdiq edib. Yenilənmiş qanuna əsasən, dövlət qiymətli kağızlarına və yaxud paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla ölkə ərazisində müvəqqəti və yaxud daimi yaşamaq üçün icazə almış əcnəbilərin və yaxud vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar da müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda veriləcək.
Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən, banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda daimi yaşaya biləcəklər.
Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.
Xəbər lenti
0