https://sputnik.az/20230516/gurcu-spiker-heyder-eliyev-cenubi-qafqazda-sulhun-destekcisi-idi-454912826.html
Gürcü spiker: Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi
Gürcü spiker: Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi
Sputnik Azərbaycan
Gürcüstan Parlamentinin Sədri qeyd edib ki, Heydər Əliyevin müstəsna rəhbərliyi ilə yaradılmış Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T13:25+0400
2023-05-16T13:25+0400
2023-05-16T13:25+0400
heydər əliyev
heydər əliyev ili
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450929344_0:0:3025:1702_1920x0_80_0_0_a138d2b5c9ea9173240fa59ac08a6f4e.jpg
BAKI, 16 may-Sputnik. "Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir". Bunu Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib. Gürcü spiker qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub. "O, səmərəli siyasəti ilə ölkəni güclü, firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin edib. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub", - deyə Şalva Papuaşvili əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450929344_0:0:2731:2048_1920x0_80_0_0_14c4561410b8da1f342dffe677db746d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
heydər əliyev, gürcüstan
Gürcü spiker: Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi
Gürcüstan Parlamentinin Sədri qeyd edib ki, Heydər Əliyevin müstəsna rəhbərliyi ilə yaradılmış Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir.
BAKI, 16 may-Sputnik. "Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir".
Bunu Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.
Gürcü spiker qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub.
"O, səmərəli siyasəti ilə ölkəni güclü, firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin edib. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub", - deyə Şalva Papuaşvili əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.