https://sputnik.az/20230516/ermenistana-gonderilen-3-tona-yaxin-kokain-taliyada-saxlanildi-454913067.html
Ermənistana göndərilən 3 tona yaxın kokain İtaliyada saxlanıldı
Ermənistana göndərilən 3 tona yaxın kokain İtaliyada saxlanıldı
Sputnik Azərbaycan
Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub. 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T15:00+0400
2023-05-16T15:00+0400
2023-05-16T15:00+0400
italiya
dünya xəbərləri
narkotik
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211686_0:184:3000:1872_1920x0_80_0_0_fabc1cc0357994c8ae5325929ce4817f.jpg
BAKI, 16 may — Sputnik. İtaliyanın Maliyyə Qvardiyasının dəniz bölmələri Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq kokainin rekord partiyasını aşkar edib. Bu barədə İtaliyanın hüquq-mühafizə orqanının bəyanatında deyilir. Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Coya-Tauro şəhərinin limanında saxlanılıb. Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub. Bu iki konteynerin Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana çatdırılması nəzərdə tutulmuşdu. "Kokain Joel adlı köpəyin köməyi ilə birlikdə mürəkkəb skanerlər vasitəsilə aşkar edilib. Son dərəcə təmiz və ideal vəziyyətdə olan ələ keçirilmiş narkotik maddə narkotik satıcılarına 800 milyon avrodan çox gəlir gətirəcəkdi", - məlumatda bildirilir. Qeyd edilir ki, narkotiklərin daşınması və sonradan məhv edilməsi üçün Finqvardiyanın 30-dan çox dəniz bölmələri cəlb olunub. Ümumilikdə, 2021-ci ilin yanvar ayından etibarən Coya-Tauro limanında təxminən 37 tona yaxın kokain ələ keçirilib və müsadirə edilib. Xatırladaq ki, aprelin ortalarında İtaliya Maliyyə Qvardiyası Siciliyanın şərqində dənizdə ümumi çəkisi təxminən iki ton ağırlığında böyük bir kokain partiyası aşkar edib. Narkotik bazarında tapılan kokainin ümumi dəyəri ən azı 400 milyon avro olacaqdı. Tapılan yük ölkə miqyasında rekord göstəricilərdən biri olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211686_0:0:2496:1872_1920x0_80_0_0_d7f866bdaae80321dea0fc10b165244d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
italiya, narkotik, ermənistan
italiya, narkotik, ermənistan
Ermənistana göndərilən 3 tona yaxın kokain İtaliyada saxlanıldı
Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub.
BAKI, 16 may — Sputnik. İtaliyanın Maliyyə Qvardiyasının dəniz bölmələri Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq kokainin rekord partiyasını aşkar edib.
Bu barədə İtaliyanın hüquq-mühafizə orqanının bəyanatında deyilir.
Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Coya-Tauro şəhərinin limanında saxlanılıb. Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub. Bu iki konteynerin Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana çatdırılması nəzərdə tutulmuşdu.
"Kokain Joel adlı köpəyin köməyi ilə birlikdə mürəkkəb skanerlər vasitəsilə aşkar edilib. Son dərəcə təmiz və ideal vəziyyətdə olan ələ keçirilmiş narkotik maddə narkotik satıcılarına 800 milyon avrodan çox gəlir gətirəcəkdi", - məlumatda bildirilir.
Qeyd edilir ki, narkotiklərin daşınması və sonradan məhv edilməsi üçün Finqvardiyanın 30-dan çox dəniz bölmələri cəlb olunub.
Ümumilikdə, 2021-ci ilin yanvar ayından etibarən Coya-Tauro limanında təxminən 37 tona yaxın kokain ələ keçirilib və müsadirə edilib.
Xatırladaq ki, aprelin ortalarında İtaliya Maliyyə Qvardiyası Siciliyanın şərqində dənizdə ümumi çəkisi təxminən iki ton ağırlığında böyük bir kokain partiyası aşkar edib. Narkotik bazarında tapılan kokainin ümumi dəyəri ən azı 400 milyon avro olacaqdı. Tapılan yük ölkə miqyasında rekord göstəricilərdən biri olub.