https://sputnik.az/20230516/ermenistan-ktmt-den-cixir-seferyandan-aciqlama-454916242.html
Ermənistan KTMT-dən çıxır? Səfəryandan açıqlama
Ermənistan KTMT-dən çıxır? Səfəryandan açıqlama
Sputnik Azərbaycan
Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, vəziyyət mürəkkəbdir və KTMT-nin üzvü olmaqla yanaşı, öhdəlikləri də var. 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T15:31+0400
2023-05-16T15:31+0400
2023-05-16T15:31+0400
ktmt
dünya xəbərləri
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071152_0:126:2400:1476_1920x0_80_0_0_d6f5f29979740d7858ca6fbbd3fa5c43.jpg
BAKI, 16 may — Sputnik. Əvvəllər Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunurdu, indi isə bu gündəmdə deyil. Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan ölkəsinin KTMT-dən çıxmaq niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib. Səfəryan qeyd edib ki, məhz bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın özündən soruşmaq daha düzgün olardı: "Amma ola bilsin ki, bu, Azərbaycanla hərbi toqquşmalardan sonra ifadə olunmuş fikirdir. Sonra bunu etməmək və birlikdə işləmək qərarına gəlinib". Nazir müavini bildirib ki, Ermənistan tərəfi KTMT sammitində öz suallarını təqdim edib. "İş davam edir. Cənubi Qafqazdakı vəziyyətə dair bəyanatla bağlı müzakirələr olacaq, biz bu barədə məlumat verəcəyik. Vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla yanaşı, öhdəliklərimiz də var. Ümid edirik ki, işimiz müəyyən nəticələrə gətirib çıxaracaq", - deyə XİN rəhbərinin müavini bildirib. Gələcəkdə KTMT-dən çıxmaq məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala nazir müavini cavab verib ki, hər şey konkret vəziyyətdən asılıdır: "KTMT regiondakı vəziyyətə siyasi qiymət verməlidir. KTMT-nin təklifində silah tədarükü də varmı sualına cavab verən Səfəryan deyib: "Mən indi bu məsələyə münasibət bildirmək istəməzdim".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071152_133:0:2268:1601_1920x0_80_0_0_b2fc1c0eb6a72a55b4fc7e806976be32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, ermənistan
Ermənistan KTMT-dən çıxır? Səfəryandan açıqlama
Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, vəziyyət mürəkkəbdir və KTMT-nin üzvü olmaqla yanaşı, öhdəlikləri də var.
BAKI, 16 may — Sputnik. Əvvəllər Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunurdu, indi isə bu gündəmdə deyil. Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan ölkəsinin KTMT-dən çıxmaq niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.
Səfəryan qeyd edib ki, məhz bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın özündən soruşmaq daha düzgün olardı: "Amma ola bilsin ki, bu, Azərbaycanla hərbi toqquşmalardan sonra ifadə olunmuş fikirdir. Sonra bunu etməmək və birlikdə işləmək qərarına gəlinib".
Nazir müavini bildirib ki, Ermənistan tərəfi KTMT sammitində öz suallarını təqdim edib.
"İş davam edir. Cənubi Qafqazdakı vəziyyətə dair bəyanatla bağlı müzakirələr olacaq, biz bu barədə məlumat verəcəyik. Vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla yanaşı, öhdəliklərimiz də var. Ümid edirik ki, işimiz müəyyən nəticələrə gətirib çıxaracaq", - deyə XİN rəhbərinin müavini bildirib.
Gələcəkdə KTMT-dən çıxmaq məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala nazir müavini cavab verib ki, hər şey konkret vəziyyətdən asılıdır: "KTMT regiondakı vəziyyətə siyasi qiymət verməlidir.
KTMT-nin təklifində silah tədarükü də varmı sualına cavab verən Səfəryan deyib: "Mən indi bu məsələyə münasibət bildirmək istəməzdim".