https://sputnik.az/20230516/dunya-birjalarinda-neft-qiymetleri-bahalasib-azerbaycan-nefti-ise-454906735.html
Dünya birjalarında neft qiymətləri bahalaşıb, Azərbaycan nefti isə...
Dünya birjalarında neft qiymətləri bahalaşıb, Azərbaycan nefti isə...
Sputnik Azərbaycan
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 78,18 dollar olub. Bundan başqa... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T14:34+0400
2023-05-16T14:34+0400
2023-05-16T14:34+0400
dünya
neft-qaz
azeri light markalı neft
"azeri light"
brent
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_0:159:3078:1890_1920x0_80_0_0_6a7af5a9345beceff16cb4b9258301ad.jpg
BAKI, 16 may — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 75,39 dollar olub. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 71,24 dollar təşkil edib. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 78,18 dollar olub. Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light" markalı) bir barelinin qiyməti 0,79 dollar azalaraq 78,04 dollar olub. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_174:0:2905:2048_1920x0_80_0_0_765c9650b02d0cdc7426f7cf63e4c478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya, azeri light markalı neft, "azeri light", brent
dünya, azeri light markalı neft, "azeri light", brent
Dünya birjalarında neft qiymətləri bahalaşıb, Azərbaycan nefti isə...
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 78,18 dollar olub. Bundan başqa, "Brent" markalı neftin də qiyməti artıb.
BAKI, 16 may — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 75,39 dollar olub. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 71,24 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 78,18 dollar olub.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light" markalı) bir barelinin qiyməti 0,79 dollar azalaraq 78,04 dollar olub.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.