https://sputnik.az/20230516/duarte-paceko-heyder-eliyev-kimi-sexsiyyetler-haqqinda-yaddas-ebedidir-454912150.html
Duarte Paçeko: Heydər Əliyev kimi şəxsiyyətlər haqqında yaddaş əbədidir
Duarte Paçeko: Heydər Əliyev kimi şəxsiyyətlər haqqında yaddaş əbədidir
Sputnik Azərbaycan
Parlamentlərarası İttifaqın prezidenti: Xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik. 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T14:18+0400
2023-05-16T14:18+0400
2023-05-16T14:18+0400
heydər əliyev
heydər əliyev ili
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:782:2047:1933_1920x0_80_0_0_49132d4b33c4b39e0c4f76843264d779.jpg
BAKI, 16 may-Sputnik. "Xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir. Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik". Bunu Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib. O qeyd edib ki, Azərbaycan xalqı ona təşəkkür etməlidir: "İqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuza malikdir. Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əminamanlıq dəyrlərinə nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz və mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım", - deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər. Xatırladaq ki, Parlamentlərarası İttifaq (IPU) 1889-cu ildə yaradılmış qədim beynəlxalq təşkilatlardan biridir və bu gün 179 parlamenti və 13 assosiativ üzvü birləşdirir. Parlamentlərarası İttifaq dünyanın ən böyük parlamentlərarası platformasıdır. Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:844:2047:2379_1920x0_80_0_0_6e01373653d0d585e0094b7f19565b5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
heydər əliyev, milli məclis
heydər əliyev, milli məclis
Duarte Paçeko: Heydər Əliyev kimi şəxsiyyətlər haqqında yaddaş əbədidir
Parlamentlərarası İttifaqın prezidenti: Xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik.
BAKI, 16 may-Sputnik. "Xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir. Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik".
Bunu Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.
O qeyd edib ki, Azərbaycan xalqı ona təşəkkür etməlidir: "İqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuza malikdir. Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əminamanlıq dəyrlərinə nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz və mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.
Xatırladaq ki, Parlamentlərarası İttifaq (IPU) 1889-cu ildə yaradılmış qədim beynəlxalq təşkilatlardan biridir və bu gün 179 parlamenti və 13 assosiativ üzvü birləşdirir. Parlamentlərarası İttifaq dünyanın ən böyük parlamentlərarası platformasıdır. Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir.