Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dərslərin sentyabrın 1-dən başlanılması təklif edilir - Nazirdən açıqlama

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Emin Əmrullayev məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha uyğun olduğunu söyləyib.
BAKI, 16 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə tədris müddətinin dəyişdirilməsi ilə bağlı suallara cavab verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib.
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam" deyə nazir bildirib.
Emin Əmrullayevin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla uşaqların gələcəyi üçün daha yaxşı addımdır: "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".
Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il, 66 nömrəli qərarına əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.
Xəbər lenti
0