https://sputnik.az/20230516/avtobuslarin-texniki-baxisdan-kecirilmesi-proseduru-deyisib-454935591.html
Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişib
Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişib
Sputnik Azərbaycan
Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T23:09+0400
2023-05-16T23:09+0400
2023-05-16T23:09+0400
avtobus
cəmiyyət
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443339459_0:267:2048:1419_1920x0_80_0_0_8c4a40eea36241abc4cc97bd5be72fc5.jpg
BAKI, 16 may — Sputnik. Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib. Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistemi vasitəsilə yoxlanılması ilə əlaqədardır. Beləliklə, sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq. Bundan əvvəl avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında"qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443339459_0:75:2048:1611_1920x0_80_0_0_ac09111adecaddc6511d9304b78ffd70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, nazirlər kabineti
avtobus, nazirlər kabineti
Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişib
Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistemi vasitəsilə yoxlanılması ilə əlaqədardır.
BAKI, 16 may — Sputnik. Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistemi vasitəsilə yoxlanılması ilə əlaqədardır.
Beləliklə, sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Bundan əvvəl avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında"qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.