https://sputnik.az/20230516/abs-dovlet-departamenti-ermenistanla-azerbaycan-arasinda-davamli-sulh-mumkundur-454906616.html
ABŞ Dövlət Departamenti: Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür
ABŞ Dövlət Departamenti: Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür
Sputnik Azərbaycan
Dövlət Departamentinin mətbuat katibinin birinci müavini bildirib ki, Arlinqtonda aparılmış danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T11:16+0400
2023-05-16T11:16+0400
2023-05-16T11:22+0400
abş
siyasət
abş dövlət departamenti
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375397_0:166:3051:1882_1920x0_80_0_0_778f09e692be8697cf892d42bee5430f.jpg
BAKI, 16 may — Sputnik. Vaşinqton hesab edir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarını şərh edərkən deyib. "ABŞ bu danışıqların tərəfi deyildi. Lakin Arlinqtonda aparılmış danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm addımlar olduğuna inanırıq və iki ölkə arasında davamlı sülhün mümkün olduğuna inanmağa davam edirik" - o deyib. Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib. Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375397_159:0:2890:2048_1920x0_80_0_0_59e88377464f4f920bd99f730a646a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, abş dövlət departamenti, ermənistan
abş, abş dövlət departamenti, ermənistan
ABŞ Dövlət Departamenti: Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür
11:16 16.05.2023 (Yenilənib: 11:22 16.05.2023) Dövlət Departamentinin mətbuat katibinin birinci müavini bildirib ki, Arlinqtonda aparılmış danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm addımlar olduğuna inanırıq.
BAKI, 16 may — Sputnik. Vaşinqton hesab edir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarını şərh edərkən deyib.
"ABŞ bu danışıqların tərəfi deyildi. Lakin Arlinqtonda aparılmış danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm addımlar olduğuna inanırıq və iki ölkə arasında davamlı sülhün mümkün olduğuna inanmağa davam edirik" - o deyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.