https://sputnik.az/20230515/turkiyedeki-seckiler-siyasi-sistemin-sinagina-cevrilib---politoloq-454879500.html
Türkiyədəki seçkilər siyasi sistemin sınağına çevrilib - politoloq
Türkiyədəki seçkilər siyasi sistemin sınağına çevrilib - politoloq
Sputnik Azərbaycan
Türkiyə üzrə ekspert bildirib ki, xarici qüvvələrin də müdaxilə etmək və kampaniyanın gedişatını onlara lazım olan istiqamətə yönəltmək istəyi var. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T16:54+0400
2023-05-15T16:54+0400
2023-05-15T17:08+0400
türkiyə
təhlil
seçkilər
ilqar vəlizadə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995034_0:308:3072:2036_1920x0_80_0_0_a8a4d0e254b4e17ee5cf3b3e6a601112.jpg
BAKI, 15 may — Sputnik. Türkiyədəki səsvermənin nəticələri və seçki kampaniyasının özü bir sıra aparıcı xarici KİV-lərdə ölkədəki guya antidemokratik vəziyyət, mediaya təzyiqlər, hökumətin hazırkı prezident Tayyib Ərdoğanın avtoritar idarəetmə tərzi ilə bağlı yayılan iddiaları təkzib edir. Bunu RİA Novosti-yə Xəzər Hövzəsi Təhlili Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Türkiyə üzrə ekspert İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, xarici qüvvələrin də müdaxilə etmək və kampaniyanın gedişatını onlara lazım olan istiqamətə yönəltmək istəyi var. Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener söyləyib ki, prezident seçkilərinin ikinci turu keçiriləcək. O bildirib ki, ikinci tur mayın 28-də olacaq. A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri deyib ki, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,54% səs toplayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995034_341:0:3072:2048_1920x0_80_0_0_20f8fe65d5dc39a8722940f94f7b96a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, seçkilər, ilqar vəlizadə
türkiyə, seçkilər, ilqar vəlizadə
Türkiyədəki seçkilər siyasi sistemin sınağına çevrilib - politoloq
16:54 15.05.2023 (Yenilənib: 17:08 15.05.2023) Türkiyə üzrə ekspert bildirib ki, xarici qüvvələrin də müdaxilə etmək və kampaniyanın gedişatını onlara lazım olan istiqamətə yönəltmək istəyi var.
BAKI, 15 may — Sputnik. Türkiyədəki səsvermənin nəticələri və seçki kampaniyasının özü bir sıra aparıcı xarici KİV-lərdə ölkədəki guya antidemokratik vəziyyət, mediaya təzyiqlər, hökumətin hazırkı prezident Tayyib Ərdoğanın avtoritar idarəetmə tərzi ilə bağlı yayılan iddiaları təkzib edir. Bunu RİA Novosti-yə Xəzər Hövzəsi Təhlili Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Türkiyə üzrə ekspert İlqar Vəlizadə deyib.
"Türkiyədə seçkilər güclü siyasi rəqabət şəraitində keçdi, nəticədə - prezident seçkilərinin taleyi ikinci tura qaldı. Təbii ki, əsas namizədlər bütün resurslarını mübarizəyə səfərbər ediblər, ona görə də ikinci tur daha kəskin keçə bilər. Hər iki namizəd - istər Ərdoğan, istərsə də Kılıçdaroğlu - konstitusiyanın dəyişdirilməsindən, gələcək konstitusiya islahatlarından danışırlar, ona görə də bu seçkilər ölkə üçün doğrudan da taleyüklüdür", - ekspert bildirib.
Onun sözlərinə görə, xarici qüvvələrin də müdaxilə etmək və kampaniyanın gedişatını onlara lazım olan istiqamətə yönəltmək istəyi var.
"Belə bir ssenari qətiyyən qəbuledilməzdir. Həm müxalifət, həm də Türkiyə hakimiyyəti vəziyyətin kənardan manipulyasiya edilməsinə imkan verməyəcəklərini açıq şəkildə bildirdilər. Bu ölkədə keçirilən seçkilər müəyyən qədər ölkənin siyasi sisteminin sınağına çevrilib", - deyə Vəlizadə vurğulayıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener söyləyib ki, prezident seçkilərinin ikinci turu keçiriləcək. O bildirib ki, ikinci tur mayın 28-də olacaq.
A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb.
Komissiya sədri deyib ki, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,54% səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.