DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə seçkilər: Qutuların 98%-i açılıb

© AP Photo / Ali UnalTürkiyədə seçkilər
Türkiyədə seçkilər - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Yenilənir
Türkiyədə keçirilən seçkilərdə ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində seçki qutularının 97,95%-i artıq açılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir.
İkinci yerdə 44,99 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz).
Parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası 35,41 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 25,39 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,06 faiz, İYİ Partiya 9,84 faiz, Yaşıl Sol Partiya 8,52 faiz səs toplayıb.
***
“Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində ölkə daxilində səslərin təxminən 70%-i sayılıb”.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. O, səslərin hesablanmasında gecikmə olmadığını vurğulayıb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır.
Seçki qutularının 93%-i artıq açılıb.
Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 90,61 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,86 faiz səslə öndədir.
İkinci yerdə 44,38 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,30 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 88,31 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,92 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,69 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,55 faiz, İYİ Partiya 9,96 faiz, Yaşıl Sol Partiya 8,52 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 87,6 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50 faiz səslə öndədir.
İkinci yerdə 44,2 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,3 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 36,1 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,5 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,7 faiz, İYİ Partiya 10,0 faiz, Yaşıl Sol Partiya 8,4 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 51 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə öndədir.
İkinci yerdə 42,1 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,3 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 39,7 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 20,7 faiz, Milliyyətçi Hərəkat Partiyası 12,5 faiz, İYİ Partiya 9,3 faiz, Yaşıl Sol Partiya 8,2 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.
İkinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.
Xəbər lenti
0