DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qaqauziya rəhbərliyinə seçkilərdə müxalifət namizədi qalib gəlib

© Sputnik / Мирослав РотарьQaqauziya
Qaqauziya  - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Seçki komissiyasının sədri Yana Kovalenko bildirib ki, səsvermə zamanı texniki pozuntular qeydə alınıb və bu, seçkinin nəticələrinə təsir göstərməyib.
BAKI, 15 may — Sputnik. Moldovada müxalif "Şor" partiyasının nümayəndəsi Yevgeniya Qutsul 52,36% səslə Qaqauz muxtariyyətinin başçısı seçkilərində qalib gəlib. Bu barədə seçki komissiyasının sədri Yana Kovalenko brifinqdə bildirib.

"Bütün seçki məntəqələrinin protokollarına baxıldıqdan sonra səslər aşağıdakı kimi paylanıb: Yevgeniya Qutsul - 27 376 səs və ya 52,36%. Qriqori Uzun - 24 913 səs və ya 47,64%", - MSK sədri Yana Kovalenko brifinqdə deyib.

O, həmçinin qeyd edib ki, səsvermə zamanı texniki pozuntular qeydə alınıb və bu, seçkinin nəticələrinə təsir göstərməyib.
Ümumilikdə Qaqauziyada 26 yaşayış məntəqəsində 65 seçki məntəqəsi açılıb. Seçici fəallığı 54,56% təşkil edib.
Mayən 13-də Moldova Milli Antikorrupsiya Mərkəzinin əməkdaşları Qaqauziyada "Şor" partiyasından olan namizədin seçki qərargahında axtarışlar aparıblar. İdarənin mətbuat katibi Angela Starinskinin sözlərinə görə, araşdırmalar seçicilərin səsinin satın alınması işi çərçivəsində keçirilib.
Partiya tərəfindən təhlükəsizlik qüvvələrinin hərəkətləri ağılsızlıq və absurd adlandırılıb. Siyasi qüvvənin lideri İlan Şor ölkə rəhbərliyini müxalifəti təqib etməkdə, namizədə və partiyaya təzyiq göstərməkdə ittiham edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0