https://sputnik.az/20230515/bloomberg-orban-a-nin-movcudlugunun-zeruriliyini-subhe-altina-aldi-454826792.html
Bloomberg: Orban Aİ-nin mövcudluğunun zəruriliyini şübhə altına aldı
Bloomberg: Orban Aİ-nin mövcudluğunun zəruriliyini şübhə altına aldı
Sputnik Azərbaycan
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə... 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T08:07+0400
2023-05-15T08:07+0400
2023-05-15T08:07+0400
viktor orban
dünya xəbərləri
ai
avropa ittifaqı
macarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022928_0:0:3072:1728_1920x0_80_0_0_7ae8a1740b84ba81ca679fefc9098729.jpg
BAKI, 15 may — Sputnik. Öz funksiyalarını yerinə yetirə bilməyən Aİ bizim nəyimizə lazımdır? Macarıstanın baş naziri Viktor Orban bu məsələni qaldırıb. Siyasətçinin fikrincə, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə gətirib çıxarır. “Avropa əməkdaşlığının müasir forması iki missiyadan irəli gəlməlidir: sülh və firavanlıq. Əgər o, iki orijinal missiyasını yerinə yetirə bilmirsə, onda Aİ-nin mövcudluğunun nə mənası var?” – deyə “Bloomberg” Macarıstanın baş nazirinin Vesprendə çıxışı zamanı verdiyi bəyanatdan sitat gətirib. Orban hesab edir ki, Avropa üçün anti-Rusiya sanksiyalarını ləğv etmək, Ukraynanı silah və maliyyə ilə təmin etməyi dayandırmaq barədə düşünməyin vaxtı çatıb. Brüsselin Macarıstana iqtisadi təzyiqinin artması və Aİ-nin bu ölkəyə 30 milyard dollardan çox yardımdan imtina etməsi fonunda Orbanın anti-Avropa ritorikası daha da güclənib. Baş nazirin son bəyanatlarından sonra onun Macarıstanın Avropa İttifaqından çıxması üçün mübarizə aparmaq niyyətində olduğu ehtimalı özünü doğrultmuş kimi görünür, lakin xaricdəki bir çox ekspertlər hesab edirlər ki, Orbanın bu cür “yüksək” fikirləri, əksər hallarda, daha əvvəl vəd edilmiş pulları Aİ-dən qoparmaq istəyindən irəli gələn bir oyundur ki, ictimaiyyət qarşısında nümayiş olunur. Macarıstanın baş naziri bundan əvvəl Ukraynadakı münaqişənin uzanmasına görə möhtəkirlərin, silah istehsalçılarının və Qərb elitasının, o cümlədən milyarder Corc Sorosun məsuliyyət daşıması barədə fikirlərini bölüşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022928_0:0:2732:2048_1920x0_80_0_0_05dbe46b37fceff69ed0b7d4dac623a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
viktor orban, ai, avropa ittifaqı, macarıstan
viktor orban, ai, avropa ittifaqı, macarıstan
Bloomberg: Orban Aİ-nin mövcudluğunun zəruriliyini şübhə altına aldı
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə gətirib çıxarır.
BAKI, 15 may — Sputnik. Öz funksiyalarını yerinə yetirə bilməyən Aİ bizim nəyimizə lazımdır?
Macarıstanın baş naziri Viktor Orban bu məsələni qaldırıb. Siyasətçinin fikrincə, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə gətirib çıxarır.
“Avropa əməkdaşlığının müasir forması iki missiyadan irəli gəlməlidir: sülh və firavanlıq. Əgər o, iki orijinal missiyasını yerinə yetirə bilmirsə, onda Aİ-nin mövcudluğunun nə mənası var?” – deyə “Bloomberg” Macarıstanın baş nazirinin Vesprendə çıxışı zamanı verdiyi bəyanatdan sitat gətirib.
Orban hesab edir ki, Avropa üçün anti-Rusiya sanksiyalarını ləğv etmək, Ukraynanı silah və maliyyə ilə təmin etməyi dayandırmaq barədə düşünməyin vaxtı çatıb.
Brüsselin Macarıstana iqtisadi təzyiqinin artması və Aİ-nin bu ölkəyə 30 milyard dollardan çox yardımdan imtina etməsi fonunda Orbanın anti-Avropa ritorikası daha da güclənib.
Baş nazirin son bəyanatlarından sonra onun Macarıstanın Avropa İttifaqından çıxması üçün mübarizə aparmaq niyyətində olduğu ehtimalı özünü doğrultmuş kimi görünür, lakin xaricdəki bir çox ekspertlər hesab edirlər ki, Orbanın bu cür “yüksək” fikirləri, əksər hallarda, daha əvvəl vəd edilmiş pulları Aİ-dən qoparmaq istəyindən irəli gələn bir oyundur ki, ictimaiyyət qarşısında nümayiş olunur.
Macarıstanın baş naziri bundan əvvəl Ukraynadakı münaqişənin uzanmasına görə möhtəkirlərin, silah istehsalçılarının və Qərb elitasının, o cümlədən milyarder Corc Sorosun məsuliyyət daşıması barədə fikirlərini bölüşüb.