https://sputnik.az/20230515/a-cine-rengli-ideologiya-eynekleri-ile-baxmagi-dayandirmalidir---cin-xn-454871153.html
Aİ Çinə "rəngli ideologiya eynəkləri" ilə baxmağı dayandırmalıdır - Çin XİN
Aİ Çinə "rəngli ideologiya eynəkləri" ilə baxmağı dayandırmalıdır - Çin XİN
Sputnik Azərbaycan
Nazirliyin rəsmi nümayəndəsi Avropa İttifaqının Çinə qarşı müsbət və rasional siyasət seçəcəyinə ümid edir. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T22:37+0400
2023-05-15T22:37+0400
2023-05-15T22:37+0400
çin
dünya xəbərləri
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 15 may — Sputnik. Çin Avropanın öz siyasətinə olan kənar müdaxilələrdən qurtulacağına və Çinə "rəngli ideologiya eynəkləri" ilə qərəzli şəkildə baxmaqdan əl çəkəcəyinə ümid edir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinqdə deyib. O, həmçinin Avropa İttifaqının (Aİ) Çinə qarşı müsbət və rasional siyasət seçəcəyinə ümid etdiyini bildirib. "Bu, Avropanın maraqlarına uyğundur", - deyə nazirliyin rəsmi nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, Çin Aİ ilə münasibətləri həmişə strateji baxımdan nəzərdən keçirib. Van bildirib ki, Çin Avropanı hərtərəfli strateji tərəfdaş hesab edir və Avropa ölkələrinə qarşı sabit siyasət yürüdür. Bu yaxınlarda Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin xarici işlər nazirlərinə ünvanladığı məktubda Çinin artan nüfuzu və ABŞ-la rəqabətin sərtləşməsi ilə əlaqədar Aİ-yə üzv olan ölkələrin Çinə qarşı "razılaşdırılmış strategiya" hazırlamasının zəruriliyini qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, avropa ittifaqı
Aİ Çinə "rəngli ideologiya eynəkləri" ilə baxmağı dayandırmalıdır - Çin XİN
Nazirliyin rəsmi nümayəndəsi Avropa İttifaqının Çinə qarşı müsbət və rasional siyasət seçəcəyinə ümid edir.
BAKI, 15 may — Sputnik. Çin Avropanın öz siyasətinə olan kənar müdaxilələrdən qurtulacağına və Çinə "rəngli ideologiya eynəkləri" ilə qərəzli şəkildə baxmaqdan əl çəkəcəyinə ümid edir.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinqdə deyib.
"Ümid edirik ki, Avropa İttifaqı ideologiyanın rəngli eynəyini çıxaracaq, kənar müdaxilələri aradan qaldıracaq, strateji müstəqilliyə sadiq qalacaq və Çin haqqında müstəqil və obyektiv anlayışını formalaşdıracaq", - deyə Van bildirib.
O, həmçinin Avropa İttifaqının (Aİ) Çinə qarşı müsbət və rasional siyasət seçəcəyinə ümid etdiyini bildirib.
"Bu, Avropanın maraqlarına uyğundur", - deyə nazirliyin rəsmi nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Çin Aİ ilə münasibətləri həmişə strateji baxımdan nəzərdən keçirib. Van bildirib ki, Çin Avropanı hərtərəfli strateji tərəfdaş hesab edir və Avropa ölkələrinə qarşı sabit siyasət yürüdür.
"Çin və Aİ-nin geniş ortaq maraqları var. Əməkdaşlıq rəqabəti, konsensus isə fikir ayrılığını üstələyir", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Bu yaxınlarda Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin xarici işlər nazirlərinə ünvanladığı məktubda Çinin artan nüfuzu və ABŞ-la rəqabətin sərtləşməsi ilə əlaqədar Aİ-yə üzv olan ölkələrin Çinə qarşı "razılaşdırılmış strategiya" hazırlamasının zəruriliyini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.