https://sputnik.az/20230515/454900746.html
Münasibətlərin ərazi bütövlüyü və suverenlik əsasında normallaşmasına sadiqik - Bayramov
Münasibətlərin ərazi bütövlüyü və suverenlik əsasında normallaşmasına sadiqik - Bayramov
Sputnik Azərbaycan
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cosef... 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T19:59+0400
2023-05-15T19:59+0400
2023-05-15T19:59+0400
siyasət
ceyhun bayramov
cosep borrel
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_0:160:3072:1888_1920x0_80_0_0_cbe756a7d4747561b44ac43f47aa789b.jpg
BAKI, 15 may - Sputnik. Mayın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb. Bu barədə XİN məlumat yayıb.Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıblar.Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suvürenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb.Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.Tərəflər həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_171:0:2902:2048_1920x0_80_0_0_bb6f8484d56ffb50e9b833dd5a070103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, cosep borrel , avropa ittifaqı
ceyhun bayramov, cosep borrel , avropa ittifaqı
Münasibətlərin ərazi bütövlüyü və suverenlik əsasında normallaşmasına sadiqik - Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cosef Borel ilə görüşüb.
BAKI, 15 may - Sputnik. Mayın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb. Bu barədə XİN məlumat yayıb.
Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.
Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suvürenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb.
Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.
Tərəflər həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.