https://sputnik.az/20230514/ulu-ondere-hesr-olunan-mahnilar-ve-filmler-454702641.html
Ulu öndərə həsr olunan mahnılar və filmlər
Ulu öndərə həsr olunan mahnılar və filmlər
Sputnik Azərbaycan
Ölkəmizin mədəniyyət xadimləri Ümummilli liderə 10-larla incəsənət əsəri həsr ediblər. 14.05.2023, Sputnik Azərbaycan
2023-05-14T10:05+0400
2023-05-14T10:05+0400
2023-05-14T10:05+0400
heydər əliyev
heydər əliyev ili
mahnı
film
ulu öndər
ümummilli lider heydər əliyev
ümummilli lider
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1125_1920x0_80_0_0_9e3315b0538d0035ffe0f3f3e4501705.jpg
BAKI, 14 may — Sputnik. Bu il Azərbaycanda "Heydər Əliyev ili"dir. Ulu öndərin anadan olmasından 100 il ötür. Sputnik Azərbaycan ölkə tarixində misilsiz xidmətləri olan Ulu öndərə həsr olunan mahnıları, filmləri təqdim edir. Xalq artisti Ağadadaş Ağayevin " Heydər xalqım deyəcək" mahnısının musiqisi Kamala, sözləri nəğməkar-şair Baba Vəziroğluna aiddir. Mahnı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyi münasibətilə 1998-ci il 10 may tarixində təqdim olunub. 2006-cı ildə İctimai Televiziyada yayımlanan "Bir mahnının tarixçəsi" verilişində mahnıya həsr olunmuş eyniadlı film çəkilib. Sözügedən mahnını sonralar bir çox müğənni öz repertuarına daxil edib. Türkiyənin iki məşhur müğənnisi Mustafa Ceceli və Hadisənin xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Sən elə bir zirvəsən" mahnısını ifa etməsi də çox bəyənilmişdi. Xalq artisti Bilal Əliyevin ifa etdiyi "Heydər ata" əsəri də ən sevilən ifalar sırasındadır. Müğənni geniş səs diapazonu ilə mahnını daha da təsirli etməyi bacarıb. Mahnının musiqisi İlham Abdullayevə, sözləri isə Ramiz Duyğun, Fəxrəddin Əli və İlqar Dağlaroğluna aiddir. Xalq artisti Brilliant Dadaşovanın özünəməxsus tərzdə ifa etdiyi "Ata" əsəri də Heydər Əliyevə həsr olunmuş ən gözəl ifalardandır. Mahnının musiqisi İsgəndərə, sözləri isə Vahid Əzizə aiddir. Xalq artisti mahnını simfonik orkestrin müşayiəti və Uşaq Xor Kapellası ilə birgə ifa edib. Xalq artisti Niyaməddin Musayev də Ulu Öndərə mahnı həsr edib. "El atası" adlanan mahnını sənətçi 90-cı illərin sonlarında ifa edib. Ümummilli liderə həsr olunan mahnının müəllifi də elə Niyaməddin Musayevdir. "El atası" mahnısından başqa, Niyaməddin Musayev "Ata" adlı əsərini də Heydər Əliyevə həsr edib. Ümummilli lider 2003-cü ilin dekabr ayının 12-də vəfat etdi. Xalq artisti Faiq Ağayev "Dahi" əsərini həmin il ərsəyə gətirib. Sözləri və musiqisi Xanım İsmayılqızıya həsr olunan mahnı Ulu öndərin vəfatına həsr olunub. Xalq artistləri Aygün Kazımova və İlqar Muradov "Xatirə" adlı musiqi əsərini xalqın xilaskarının vəfatına həsr olunub. 2003-cü ildə ərsəyə gələn mahnının musiqisi Xalq artisti Eldar Mansurova, sözləri isə İkram Əliyevə məxsusdur. Əməkdar artist Almaz Ələsgərli "Ulu öndər" mahnısı da H.Əliyevin əziz xatirəsinə həsr olunub. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifa etdikləri "Ulu öndər" mahnısı da bu qəbildənidir. Ulu öndərə həsr olunan mahnılar sırasında Roza Zərgərlinin "Ulu öndər" mahnısı da yer alıb. Xalq artisti Ağadadaş Ağayev " Heydər xalqım deyəcək" mahnısından başqa, Ulu öndərin vəfatı ilə bağlı "Elegiya" da ifa edib. Xalq artisti Zülfiyyə Xanbabayeva "Elegiya"sı da Ümummilli liderin vəfatına həsr olunub. Sözügedən əsərin musiqisi Kamala, sözləri isə Leyla Əliyevaya məxsusdur. Həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti kinematoqrafçıların da diqqətindən yayınmayıb. 1981-ci ildə lentə alınmış "Nailiyyətlər estafeti" filminin rejissoru Cəmil Fərəcovdur. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin qurultaydakı məruzəsi filmin əsasını təşkil edir. Azərbaycan kommunistlərinin ali məclisi nümayəndələrindən alınmış müsahibələr də filmdə verilib. Daha bir film isə "Azərbaycan naminə"dir. "Dahi azərbaycanlı", "Dahi qurucu", "Heydər Əliyev", "Heydər Əliyev. Dünyaya pəncərə", "Heydər Əliyev. Vətənin keşiyində", "Qanun naminə - Heydər Əliyev salnaməsi", "Qara nişanə" kimi filmlər Ulu öndərə həsr olunub. Bundan başqa, "Ölüm hökmü-ömürlük cəza" filmi Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Eyni zamanda Xalq artisti, kinorejissor Vaqif Mustafayev Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan naminə gördüyü işlərdən bəhs edən qısametrajlı 12 seriyalı sənədli film lentə alıb. Həmin filmlər müxtəlif dünya miqyaslı beynəlxalq mükafatlara layiq görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1501_1920x0_80_0_0_2392cac7c9c81b8a671244ed65782030.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev, mahnı, film, ulu öndər, ümummilli lider heydər əliyev, ümummilli lider
heydər əliyev, mahnı, film, ulu öndər, ümummilli lider heydər əliyev, ümummilli lider
Ulu öndərə həsr olunan mahnılar və filmlər
Ölkəmizin mədəniyyət xadimləri Ümummilli liderə 10-larla incəsənət əsəri həsr ediblər.
BAKI, 14 may — Sputnik. Bu il Azərbaycanda "Heydər Əliyev ili"dir. Ulu öndərin anadan olmasından 100 il ötür.
Sputnik Azərbaycan ölkə tarixində misilsiz xidmətləri olan Ulu öndərə həsr olunan mahnıları, filmləri təqdim edir.
Xalq artisti Ağadadaş Ağayevin " Heydər xalqım deyəcək" mahnısının musiqisi Kamala, sözləri nəğməkar-şair Baba Vəziroğluna aiddir. Mahnı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyi münasibətilə 1998-ci il 10 may tarixində təqdim olunub. 2006-cı ildə İctimai Televiziyada yayımlanan "Bir mahnının tarixçəsi" verilişində mahnıya həsr olunmuş eyniadlı film çəkilib. Sözügedən mahnını sonralar bir çox müğənni öz repertuarına daxil edib.
Türkiyənin iki məşhur müğənnisi Mustafa Ceceli və Hadisənin xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Sən elə bir zirvəsən" mahnısını ifa etməsi də çox bəyənilmişdi.
Xalq artisti Bilal Əliyevin ifa etdiyi "Heydər ata" əsəri də ən sevilən ifalar sırasındadır. Müğənni geniş səs diapazonu ilə mahnını daha da təsirli etməyi bacarıb. Mahnının musiqisi İlham Abdullayevə, sözləri isə Ramiz Duyğun, Fəxrəddin Əli və İlqar Dağlaroğluna aiddir.
Xalq artisti Brilliant Dadaşovanın özünəməxsus tərzdə ifa etdiyi "Ata" əsəri də Heydər Əliyevə həsr olunmuş ən gözəl ifalardandır. Mahnının musiqisi İsgəndərə, sözləri isə Vahid Əzizə aiddir. Xalq artisti mahnını simfonik orkestrin müşayiəti və Uşaq Xor Kapellası ilə birgə ifa edib.
Xalq artisti Niyaməddin Musayev də Ulu Öndərə mahnı həsr edib. "El atası" adlanan mahnını sənətçi 90-cı illərin sonlarında ifa edib. Ümummilli liderə həsr olunan mahnının müəllifi də elə Niyaməddin Musayevdir.
"El atası" mahnısından başqa, Niyaməddin Musayev "Ata" adlı əsərini də Heydər Əliyevə həsr edib.
Ümummilli lider 2003-cü ilin dekabr ayının 12-də vəfat etdi. Xalq artisti Faiq Ağayev "Dahi" əsərini həmin il ərsəyə gətirib. Sözləri və musiqisi Xanım İsmayılqızıya həsr olunan mahnı Ulu öndərin vəfatına həsr olunub.
Xalq artistləri Aygün Kazımova və İlqar Muradov "Xatirə" adlı musiqi əsərini xalqın xilaskarının vəfatına həsr olunub. 2003-cü ildə ərsəyə gələn mahnının musiqisi Xalq artisti Eldar Mansurova, sözləri isə İkram Əliyevə məxsusdur.
Əməkdar artist Almaz Ələsgərli "Ulu öndər" mahnısı da H.Əliyevin əziz xatirəsinə həsr olunub.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifa etdikləri "Ulu öndər" mahnısı da bu qəbildənidir.
Ulu öndərə həsr olunan mahnılar sırasında Roza Zərgərlinin "Ulu öndər" mahnısı da yer alıb.
Xalq artisti Ağadadaş Ağayev " Heydər xalqım deyəcək" mahnısından başqa, Ulu öndərin vəfatı ilə bağlı "Elegiya" da ifa edib.
Xalq artisti Zülfiyyə Xanbabayeva "Elegiya"sı da Ümummilli liderin vəfatına həsr olunub. Sözügedən əsərin musiqisi Kamala, sözləri isə Leyla Əliyevaya məxsusdur.
Həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti kinematoqrafçıların da diqqətindən yayınmayıb. 1981-ci ildə lentə alınmış "Nailiyyətlər estafeti" filminin rejissoru Cəmil Fərəcovdur. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin qurultaydakı məruzəsi filmin əsasını təşkil edir. Azərbaycan kommunistlərinin ali məclisi nümayəndələrindən alınmış müsahibələr də filmdə verilib.
Daha bir film isə "Azərbaycan naminə"dir.
"Dahi azərbaycanlı", "Dahi qurucu", "Heydər Əliyev", "Heydər Əliyev. Dünyaya pəncərə", "Heydər Əliyev. Vətənin keşiyində", "Qanun naminə - Heydər Əliyev salnaməsi", "Qara nişanə" kimi filmlər Ulu öndərə həsr olunub. Bundan başqa, "Ölüm hökmü-ömürlük cəza" filmi Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Eyni zamanda Xalq artisti, kinorejissor Vaqif Mustafayev Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan naminə gördüyü işlərdən bəhs edən qısametrajlı 12 seriyalı sənədli film lentə alıb. Həmin filmlər müxtəlif dünya miqyaslı beynəlxalq mükafatlara layiq görülüb.