DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

TBMM sədri Şentop: “Seçkilər sakit şəraitdə, qaydalara uyğun keçirilir”

© AP Photo / UncreditedГолосование на президентских выборах в Турции, 14.05.2023
Голосование на президентских выборах в Турции, 14.05.2023 - Sputnik Azərbaycan, 1920, 14.05.2023
Abunə olmaq
Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.
BAKI, 14 may - Sputnik. Türkiyə parlamentinin (TBMM) sədri Mustafa Şentop ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.
APA xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla eyni məktəbdə səs verən Şentop, həyat yoldaşı Səbriyə Şentop, qızları Saliha Gülru Şentop və Seniha Begüm Şentopla birlikdə səsverməyə gedib.
Səsvermədən sonra açıqlama verən Şentop belə deyib: “Biz səsimizi verdik. İlk növbədə bütün seçicilərə və vətəndaşlara uğurlar arzulayıram. Seçkilər sakit şəraitdə, qaydalara uyğun keçirilir. Türkiyə 110-a yaxın seçki etdi, 1950-ci ildən bu yana böyük bir yetkinlik dövrü keçir. İki qızım və həyat yoldaşımla birlikdə səs verdik. Ölkəmizə, millətimizə xeyirli olsun. İnşallah, axşam saatlarında nəticələri izləyəcəyik, gözləyəcəyik”, - deyə o bildirib.
Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.
Xəbər lenti
0