https://sputnik.az/20230514/qerb-oz-iqtisadiyyatini-dagidaraq-kicik-ehemiyyetli-ukraynadan-tesekkure-isleyir-454827076.html
Qərb öz iqtisadiyyatını dağıdaraq kiçik əhəmiyyətli Ukraynadan “təşəkkür”ə işləyir
Qərb öz iqtisadiyyatını dağıdaraq kiçik əhəmiyyətli Ukraynadan “təşəkkür”ə işləyir
Sputnik Azərbaycan
Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə... 14.05.2023, Sputnik Azərbaycan
2023-05-14T12:48+0400
2023-05-14T12:48+0400
2023-05-14T12:49+0400
qərb
dünya xəbərləri
xüsusi hərbi əməliyyat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446299491_0:176:3017:1873_1920x0_80_0_0_e448982df7024297d1d84f52f8c02a42.jpg
BAKI, 14 may — Sputnik. Polşa və digər Qərb ölkələri öz əvəzinə Ukrayna kənd təsərrüfatına güvənirlər ki, bu da Avropa iqtisadiyyatının çökməsinə səbəb olur. Bu barədə “Myāl Polska” yazır. Materialın müəllifi hesab edir ki, Ukrayna iqtisadiyyatı və Ukrayna fermerləri Aİ və polyak siyasətçiləri üçün öz sahibkarları və istehlakçılarından daha vacibdir. “Onlar əhəmiyyətsiz ölkənin prezidentindən , sadəcə, maksimum “təşəkkür” eşitmək üçün ən gülünc fikirlərlə seçilməyə çalışırlar”, - deyə müşahidəçi öz əminliyini ifadə edib. Ukraynanın “şübhəli keyfiyyətə malik” kənd təsərrüfatı məhsullarının Polşanın və Avropa İttifaqının digər ölkələrinin rəflərini doldurduğunu qeyd edən müəllif bunun malların qiymətlərinin və keyfiyyətinin aşağı düşməsinə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, yerli sahibkarlara ziyan vurur, çünki, onlara öz mallarını maya dəyərindən aşağı satmaq sərfəli deyil. Bundan əvvəl Avropa Parlamentinin Polşadan olan üzvü Leşek Miller Aİ ölkələrinin bazarına çıxan Ukrayna taxılının keyfiyyətinə şübhə ilə yanaşıb. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyanın hakimiyyət orqanları Ukraynadan kənd təsərrüfatı məhsullarının axını səbəbindən öz fermerlərinin böyük itkilərə məruz qaldığını bildiriblər. Öz növbəsində, Rumıniya hakimiyyəti Ukrayna ərzaq məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Qadağa iyunun 5-dək qüvvədə olacaq. Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə çatdırılmasına icazə verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446299491_143:0:2874:2048_1920x0_80_0_0_ac3e391ad2c6a4411a2cbd54532f60c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qərb, xüsusi hərbi əməliyyat, ukrayna
qərb, xüsusi hərbi əməliyyat, ukrayna
Qərb öz iqtisadiyyatını dağıdaraq kiçik əhəmiyyətli Ukraynadan “təşəkkür”ə işləyir
12:48 14.05.2023 (Yenilənib: 12:49 14.05.2023) Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə çatdırılmasına icazə verib.
BAKI, 14 may — Sputnik. Polşa və digər Qərb ölkələri öz əvəzinə Ukrayna kənd təsərrüfatına güvənirlər ki, bu da Avropa iqtisadiyyatının çökməsinə səbəb olur.
Bu barədə “Myāl Polska” yazır.
Materialın müəllifi hesab edir ki, Ukrayna iqtisadiyyatı və Ukrayna fermerləri Aİ və polyak siyasətçiləri üçün öz sahibkarları və istehlakçılarından daha vacibdir.
“Onlar əhəmiyyətsiz ölkənin prezidentindən , sadəcə, maksimum “təşəkkür” eşitmək üçün ən gülünc fikirlərlə seçilməyə çalışırlar”, - deyə müşahidəçi öz əminliyini ifadə edib.
Ukraynanın “şübhəli keyfiyyətə malik” kənd təsərrüfatı məhsullarının Polşanın və Avropa İttifaqının digər ölkələrinin rəflərini doldurduğunu qeyd edən müəllif bunun malların qiymətlərinin və keyfiyyətinin aşağı düşməsinə səbəb olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, yerli sahibkarlara ziyan vurur, çünki, onlara öz mallarını maya dəyərindən aşağı satmaq sərfəli deyil.
Bundan əvvəl Avropa Parlamentinin Polşadan olan üzvü Leşek Miller Aİ ölkələrinin bazarına çıxan Ukrayna taxılının keyfiyyətinə şübhə ilə yanaşıb.
Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyanın hakimiyyət orqanları Ukraynadan kənd təsərrüfatı məhsullarının axını səbəbindən öz fermerlərinin böyük itkilərə məruz qaldığını bildiriblər.
Öz növbəsində, Rumıniya hakimiyyəti Ukrayna ərzaq məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Qadağa iyunun 5-dək qüvvədə olacaq.
Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə çatdırılmasına icazə verib.