https://sputnik.az/20230514/lorin-11-il-sonra-yeniden-avroviziyanin-qalibi-olub-454817745.html
Lorin 11 il sonra yenidən “Avroviziya”nın qalibi olub
Lorin 11 il sonra yenidən “Avroviziya”nın qalibi olub
Sputnik Azərbaycan
Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər. 14.05.2023, Sputnik Azərbaycan
2023-05-14T03:42+0400
2023-05-14T03:42+0400
2023-05-14T09:08+0400
mədəniyyət
"eurovision"
eurovision
isveç
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0d/454813720_0:193:3072:1921_1920x0_80_0_0_d614ea4e67699e8375addb890e37523a.jpg
BAKI, 14 may - Sputnik. İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.“Report” xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın olub. Daha öncə o, 2012-ci ildə Bakıda keçirilən müsabiqədə birinci olmuşdu.Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0d/454813720_167:0:2898:2048_1920x0_80_0_0_2502d7d9c004483b78c8241e74c46107.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"eurovision", eurovision, isveç
"eurovision", eurovision, isveç
Lorin 11 il sonra yenidən “Avroviziya”nın qalibi olub
03:42 14.05.2023 (Yenilənib: 09:08 14.05.2023) Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.
BAKI, 14 may - Sputnik. İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.
“Report” xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.
Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.
Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın olub. Daha öncə o, 2012-ci ildə Bakıda keçirilən müsabiqədə birinci olmuşdu.
Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.
Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.