https://sputnik.az/20230514/evtanaziya-ile-bagli-qanun-qebul-olundu-454807943.html
Evtanaziya ilə bağlı qanun qəbul olundu
Evtanaziya ilə bağlı qanun qəbul olundu
Sputnik Azərbaycan
Daha əvvəl ölkə başçısı tərəfindən 4 dəfə rədd edilən qanun layihəsi nəhayət qəbul edilib. 14.05.2023, Sputnik Azərbaycan
2023-05-14T08:01+0400
2023-05-14T08:01+0400
2023-05-14T08:01+0400
evtanaziya
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42360/97/423609702_0:188:1921:1268_1920x0_80_0_0_85c5c53978fb2661ecbd0e5d43c67c3f.jpg
BAKI, 14 may— Sputnik. Portuqaliya parlamenti ölümcül xəstəliyi olan insanların evtanaziya tələblərini təmin edən qanunu qəbul edib. İngilis mediasının yaydığı xəbərə görə, qanunun bir həftə ərzində qüvvəyə minməsi gözlənilir. Xatırladaq ki, ölkə başçısı Marselo Rebelo de Souza tərəfindən bu qanun layihəsi 4 dəfə rədd edilib. Qeyd edək ki, bəzi ölkələrdə evtanaziya dövlət tərəfindən qanuniləşdirilsə də, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr də az deyil. Bunu qanuni hesab edən ölkələr hesab edir ki, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da var. Bu səbəbdən həmin ölkələr belə hesab edir ki, evtanaziya cinayət sayılmamalıdır, əksinə əzab və iztirab çəkən sağalmaz xəstələri həyatdan məhrum etdiyinə görə xeyirxah və faydalı bir əməl hesab olunmalıdır. Hazırda Belçika, Kanada, Kolumbiya, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, İspaniya və Avstraliyada evtanaziya qanuni hesab edilir. Xatırladaq ki, evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. Bu söz "yüngül ölüm" mənasını daşıyır. XIX yüzillikdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşıyıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/97/423609702_0:0:1691:1268_1920x0_80_0_0_5b22e0aa37839b220ef4cde39e86a2c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
evtanaziya
Evtanaziya ilə bağlı qanun qəbul olundu
Daha əvvəl ölkə başçısı tərəfindən 4 dəfə rədd edilən qanun layihəsi nəhayət qəbul edilib.
BAKI, 14 may— Sputnik. Portuqaliya parlamenti ölümcül xəstəliyi olan insanların evtanaziya tələblərini təmin edən qanunu qəbul edib. İngilis mediasının yaydığı xəbərə görə, qanunun bir həftə ərzində qüvvəyə minməsi gözlənilir.
Xatırladaq ki, ölkə başçısı Marselo Rebelo de Souza tərəfindən bu qanun layihəsi 4 dəfə rədd edilib.
Qeyd edək ki, bəzi ölkələrdə evtanaziya dövlət tərəfindən qanuniləşdirilsə də, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr də az deyil. Bunu qanuni hesab edən ölkələr hesab edir ki, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da var. Bu səbəbdən həmin ölkələr belə hesab edir ki, evtanaziya cinayət sayılmamalıdır, əksinə əzab və iztirab çəkən sağalmaz xəstələri həyatdan məhrum etdiyinə görə xeyirxah və faydalı bir əməl hesab olunmalıdır.
Hazırda Belçika, Kanada, Kolumbiya, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, İspaniya və Avstraliyada evtanaziya qanuni hesab edilir.
Xatırladaq ki, evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. Bu söz "yüngül ölüm" mənasını daşıyır. XIX yüzillikdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşıyıb.