SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

© Photo : European Unionİlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan, arxiv şəkli
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.05.2023
Abunə olmaq
Görüş 4 saata qədər davam edib.
BAKI, 14 may - Sputnik. Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Öncə birgə foto çəkdirilib.
Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.
Qeyd edək ki, görüş 4 saata qədər davam edib.
***
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Bu barədə "Report" xəbər verir.
Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü - Sputnik Azərbaycan, 1920, 14.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyevlə Mişelin görüşündə Brüssel formatının bərpasından məmnunluq ifadə olunub
Xəbər lenti
0