https://sputnik.az/20230514/britaniyali-alim-suni-intellekt-inkisaf-ederse-beseriyyeti-felaket-gozleyir-454835130.html
Britaniyalı alim: süni intellekt inkişaf edərsə, bəşəriyyəti fəlakət gözləyir
Britaniyalı alim: süni intellekt inkişaf edərsə, bəşəriyyəti fəlakət gözləyir
Sputnik Azərbaycan
Alim gələcəkdə superintellektli maşınların onları idarə etmək cəhdlərinə müqavimət göstərəcəyini ehtimal edir 14.05.2023, Sputnik Azərbaycan
2023-05-14T23:29+0400
2023-05-14T23:29+0400
2023-05-14T23:29+0400
süni intellekt
elm
alim
britaniyalı alimlər
bəşəriyyət
fəlakət
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251748_0:320:3072:2048_1920x0_80_0_0_8ae0ccffa124fb69819a74fdfe16c4c7.jpg
BAKI, 14 may — Sputnik. Hər hansı intellektual problemləri həll edə bilən süni intellekt bəşəriyyəti əsl fəlakətlə təhdid edir. “Times” qəzeti yazır ki, britaniyalı alim Stüart Rassel belə hesab edir. Alimin sözlərinə görə, bu sahədə nəzarətsiz inkişaf heç kimin gözləmədiyi effektə gətirib çıxarıb. Rassel hesab edir ki, insanlar müəyyən məqsəd qoymadan süni intellekt yaradanda elə ilk vaxtlarda səhv ediblər. Çox güman ki, gələcəkdə superintellektli maşınlar onları idarə etmək cəhdlərinə müqavimət göstərməyə başlaya bilər. "Əgər sizdən daha güclü məxluqlar üzərində hakimiyyəti saxlamaq üçün suala cavab verə bilmirsinizsə, araşdırmaları dayandırmaq lazımdır. Artıq stavkalar daha yüksək ola bilməz: əgər biz öz sivilizasiyamıza nəzarət etmiriksə, gələcək varlığımız haqqında səs vermək hüququndan məhrum oluruq", – deyə alim qeyd edib. Rassel onu da əlavə edib ki, insan tərəfindən mümkün olan istənilən problemi həll etməyə qadir olan universal sistemin yaranması yaxın onillikdə baş verə bilər. Və belə olan halda, iqlimlə bağlı problemləri həll edərkən bu cür proqramlar belə nəticəyə gələ bilər ki, insanlardan qurtulmaq lazımdır. “İnsan məqsədlərini güdən həqiqətən təsirli sistemlərin ortaya çıxmasının nə qədər fəlakətli olacağını ancaq təsəvvür etmək olar”, - deyə o, sözünü yekunlaşdırıb. Bundan əvvəl Avropa Parlamenti süni intellekt sistemlərini tənzimləyəcək dünyada ilk qanun layihəsinin müzakirələrinin başlanması tarixini müəyyən edib. Bu cür qaydalar yalnız Aİ ölkələrinə təsir edəcək və onların hüdudları daxilində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251748_452:391:2662:2048_1920x0_80_0_0_ad2defa4de8904e999bf79f0761a9a66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
süni intellekt, alim, britaniyalı alimlər, bəşəriyyət, fəlakət
süni intellekt, alim, britaniyalı alimlər, bəşəriyyət, fəlakət
Britaniyalı alim: süni intellekt inkişaf edərsə, bəşəriyyəti fəlakət gözləyir
Alim gələcəkdə superintellektli maşınların onları idarə etmək cəhdlərinə müqavimət göstərəcəyini ehtimal edir
BAKI, 14 may — Sputnik. Hər hansı intellektual problemləri həll edə bilən süni intellekt bəşəriyyəti əsl fəlakətlə təhdid edir. “Times” qəzeti yazır ki, britaniyalı alim Stüart Rassel belə hesab edir.
Alimin sözlərinə görə, bu sahədə nəzarətsiz inkişaf heç kimin gözləmədiyi effektə gətirib çıxarıb. Rassel hesab edir ki, insanlar müəyyən məqsəd qoymadan süni intellekt yaradanda elə ilk vaxtlarda səhv ediblər. Çox güman ki, gələcəkdə superintellektli maşınlar onları idarə etmək cəhdlərinə müqavimət göstərməyə başlaya bilər.
"Əgər sizdən daha güclü məxluqlar üzərində hakimiyyəti saxlamaq üçün suala cavab verə bilmirsinizsə, araşdırmaları dayandırmaq lazımdır. Artıq stavkalar daha yüksək ola bilməz: əgər biz öz sivilizasiyamıza nəzarət etmiriksə, gələcək varlığımız haqqında səs vermək hüququndan məhrum oluruq", – deyə alim qeyd edib.
Rassel onu da əlavə edib ki, insan tərəfindən mümkün olan istənilən problemi həll etməyə qadir olan universal sistemin yaranması yaxın onillikdə baş verə bilər. Və belə olan halda, iqlimlə bağlı problemləri həll edərkən bu cür proqramlar belə nəticəyə gələ bilər ki, insanlardan qurtulmaq lazımdır.
“İnsan məqsədlərini güdən həqiqətən təsirli sistemlərin ortaya çıxmasının nə qədər fəlakətli olacağını ancaq təsəvvür etmək olar”, - deyə o, sözünü yekunlaşdırıb.
Bundan əvvəl Avropa Parlamenti süni intellekt sistemlərini tənzimləyəcək dünyada ilk qanun layihəsinin müzakirələrinin başlanması tarixini müəyyən edib. Bu cür qaydalar yalnız Aİ ölkələrinə təsir edəcək və onların hüdudları daxilində fəaliyyət göstərəcək.