Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada məktəbi ildırım vurub, güclü yanğın baş verib - Video

© AFP 2023 / MARIANA SUAREZİldırım, arxiv şəkli
İldırım, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında baş verən yanğın sinif otaqlarına keçmədən söndürülüb.
BAKI, 13 may - Sputnik. Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.
"Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
***
Fövqəladə Hallar Nazirliyi Zaqatalada məktəbdə başlayan yanğınla bağlı məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Zaqatalada məktəbdə baş verən yanğına ildırım səbəb olub.
Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır.
Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb.
Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.
***
Saat 21:07
Zaqatalada mətkəb binasında yanğın başlayıb. Saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib (APA).
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəbər lenti
0