Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vaşinqton qəzəblidir. Kiyev əks hücumu pozur

© AP Photo / Pool /Sarah SilbigerKapitoliyə mənzərə, arxiv şəkli
Kapitoliyə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Zelenski heç vaxt can itkisini vecinə almayıb. Onun üçün yeganə problem Ukrayna Silahlı Qüvvələri üçün istər-istəməz əks-hücum əməliyyatına çevriləcək ətçəkən maşının bütün dünyanın gözü qarşısında işləməsidir.
BAKI, 13 may — Sputnik. Vaşinqton və Kiyev boşanma ərəfəsində olan bir cütlüyə bənzəyirlər: evdə söyüş söyür, boşqabları qırırlar - ictimai yerlərdə isə sevginin nə olduğunu təsvir etməyə çalışırlar. Son günlər isə onlar üçün hər şey çox çətindir. ABŞ dövlət katibi Entoni Blinken sponsorluq edilən ukraynalılara əks-hücum üçün lazım olan hər şeyə sahib olduqlarını açıq şəkildə qeyd edərək bildirib: mübarizə və itirilmiş əraziləri geri qaytarmaq zamanıdır .
Ukraynada bununla razılaşmayıblar. Təhlükəsizlik Şurasının katibi Danilov əks-hücumun uğurunun nə olduğu, nəyin qələbə hesab edilib, nəyin edilmədiyi barədə fəlsəfi müzakirələrə başlayıb. Xarici işlər naziri Kuleba da eyni məzmunda ağlayıb-sızlayıb.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı, sadəcə olaraq, radardan itib. Bu yaxınlarda o, NATO Hərbi Komitəsinin iclasında çıxış etməli idi, amma danışmayıb - hətta onlayn formatda. Onun bir aya yaxındır ki, ictimaiyyət arasında görünmədiyi deyilir.
Bəs ona nə olub?
Bəlkə, Rusiya Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli zərbəsi ilə öldürülüb? Bəlkə, Xarici hesablarına yaxınlaşmaq üçün qadın paltarı geyinərək bostanların arasından keçir? Bəlkə, Hitler kimi bunkerdə əziyyət çəkir?
Yekun olaraq Zelenski Qərb mediasının nümayəndələrini çağıraraq bildirib ki, bir tərəfdən əks-hücum üçün hər şey hazırdır, lakin digər tərəfdən, bu, ukraynalılar arasında böyük itkilərə səbəb ola bilər. Ona görə də əks-hücumun təxirə salınmasını zəruri sayır.
Müharibəyə bir anda son qoya bilən, lakin əvəzində 315 min vətəndaşını ölümə göndərən insanda qəfil humanizmin yaranması heyrətamizdir - bu rəqəmi Amerika elitasının nümayəndəsi Robert Kennedi indicə açıqlayıb.
İkinci Dünya Müharibəsi illərində olduğu kimi, banderaçıların vəhşiliyi hətta Qərb ağalarını belə heyrətə gətirir.

"Orada (Ukraynada) biz öz resurslarımızı fenomenal sürətlə israf edirik və ölənlərin sayı sadəcə dəhşətlidir", - deyə amerikalı general Bleyn Holt dəhşətə gəlir.

Lakin Zelenski heç vaxt can itkisini vecinə almayıb. Onun üçün yeganə problem Ukrayna Silahlı Qüvvələri üçün istər-istəməz əks-hücum əməliyyatına çevriləcək ətçəkən maşının bütün dünyanın gözü qarşısında işləməsidir. Bədbəxt oğlanlar heç bir səbəb olmadan kütləvi şəkildə öləcəklər. Aydındır ki, onların yaxınları və yoldaşları bütün bu qurbanlar üçün Zelenskidən hesab tələb edəcəklər. Onun canını qorxu bürüyüb.
Lakin Ukraynanın amerikalı sahiblərinin öz planları var. Oradakı Respublikaçılar konqresi ələ keçirib ABŞ-ın döyüş maşınını 180 dərəcə çeviriblər. Amma Çinə hücumdan əvvəl amerikalılar Avropa əməliyyat teatrında öz işlərini bitirməli, nəticəni göstərməlidirlər. On milyardlarla dolların hesabatını verməlidirlər. Xəbər agentlikləri üçün şəkil göstərməlidirlər: baxın, ukraynalılar necə əks-hücuma keçirlər, bu da onlara verilən texnika - beş min növ silah, necədir?
Əgər əks-hücum baş tutmasa, müqəddəs sual tam varlığı ilə zirvəyə qalxacaq: bəs pullar haradadır? Bəs Amerika xəzinəsindən bütün milyardlar Ukraynaya çatmasa və demokratlar onları sadəcə olaraq öz ciblərinə doldursalar necə olacaq?
O zaman respublikaçılar ABŞ-ın bütün hakim elitasını məhkəmələrdən keçirəcək və 2024-cü ildə keçiriləcək prezident seçkilərində asanlıqla qalib gələcəklər. Söhbət Bayden ailəsi də daxil olmaqla ən yüksək vəzifəli məmurlar üçün konkret həbs müddətlərindən gedir.
Bundan başqa, Ştatlar çox real defolt astanasındadır: Respublikaçılar borc tavanını artırmaqdan imtina edərək xərcləri azaltmağı tələb edirlər. Buna görə də Entoni Blinken narahatdır və Zelenskini əks-hücum məsələsində tələsdirir. Müharibə, necə deyərlər, hər şeyi siləcək.
Bütün bunları Kiyevdə yaxşı başa düşürlər, ona görə də təbii ki, hücuma keçəcəklər. Bu adamyeyənlərin strategiyası olduqca sadədir. Minlərlə ukraynalıları bıçağın ağzına atmaq, və bunun sayəsində daha bir neçə milyard "yaşıl" dollar mənimsəmək, onları ora-bura dürtərək sonra bütün dünyaya sızlamaq: az veriblər, yenə verin.
Hazırda sahiblərindən mümkün qədər çox ölümcül silah dilənmək üçün vaxtı uzadırlar. Onlar, məsələn, ingilislərdən 560 kilometr mənzilli "Storm Shadow" raketlərini gözləyirlər. Josep Borrell onlara bir milyon mərmi verəcəyini vəd edib.
Ingilis raketləri ilə Rusiya şəhərlərinə, hava limanlarına, Krıma və yeni bölgələrə bir neçə zərbə və... Qərb mediası üçün uyğun görüntü hazırdır. Rusiya şəhərlərinə zərbə isə Kiyev nasistləri və onların Amerikalı sahiblərini bütün lazımi videolarla təmin edərdi ki, Ukrayna münaqişəsini daha da qızışdırmaq olar və qızışdırmaq lazımdır.
Belə ki, Zelenskinin ayin ağlaması bizi aldatmamalıdır. Əks hücum ləğv edilməyəcək – o, müharibədə əllərini qızdıranlar üçün çox sərfəlidir. Ukraynanı, o, tamamilə çürüyənə qədər Rusiyaya qarşı yönəltəcəklər. Bu qırğının şiddəti isə yalnız artacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0