https://sputnik.az/20230513/socar-bolqaristanda-qaz-ticareti-ucun-lisenziya-alib-454772415.html
SOCAR Bolqarıstanda qaz ticarəti üçün lisenziya alıb
SOCAR Bolqarıstanda qaz ticarəti üçün lisenziya alıb
Sputnik Azərbaycan
"Socar Trading Gas & Power" şirkəti Almaniya-Şərqi Avropa dəhlizi boyunca, həmçinin Bolqarıstan və İtaliya arasında təbii qaz tədarük edəcək. 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T10:01+0400
2023-05-13T10:01+0400
2023-05-13T10:01+0400
socar
neft-qaz
bolqarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_0:159:3076:1889_1920x0_80_0_0_ab75b9c903301312875cf0aeac686193.jpg
BAKI, 13 may — Sputnik. Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "Socar Trading Gas & Power" şirkətinə təbii qaz ticarəti üzrə on illik lisenziya verib. Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) bəyanatında qeyd edilib ki, şirkət həmçinin 2023-2027-ci illər üzrə öz biznes planı üçün tənzimləyici orqanlarının təsdiqini alıb. Beləliklə, "Socar Trading Gas & Power" Almaniya-Şərqi Avropa dəhlizi boyunca, eləcə də Bolqarıstan və İtaliya arasında təbii qaz tədarük edəcək. Lisenziya həmçinin şirkətə təbii qaz almağa və saxlamağa imkanı verəcək. Lisenziya "Socar Trading Gas & Power" şirkətinin Bolqarıstanın topdansatış bazarının bütün seqmentlərində iştirakı, habelə uzunmüddətli və strateji layihələrin işlənib hazırlanması və dəstəklənməsi üçün lazımi əsasın təmin edilməsi məqsədi daşıyır. Enerji və Su Tənzimləmə Komissiyasının qərarı aprelin əvvəlində "Socar Trading Gas & Power" tərəfindən verilən ərizədən sonra verilib. Xatırladaq ki, ötən ay "SOCAR" Bolqarıstanın paytaxtı Sofiya şəhərində ofis açıb. Ötən ayın sonunda "SOCAR" və Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli sisteminin operatorları Azərbaycan təbii qazının əlavə həcmlərinin Avropaya tədarükünün təmin edilməsi üzrə birgə iş barədə razılığa gəliblər. Azərbaycan təbii qazı Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Yunanıstandan Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) daxil edən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan TAP vasitəsilə Avropaya 11,4 milyard kubmetr təbii qaz çatdırıb. Hazırda Bolqarıstan Yunanıstan-Bolqarıstan IGB interkonnektoru vasitəsilə Azərbaycandan 1 milyard kubmetr təbii qaz alır. Azərbaycan 2027-ci ilə qədər Bolqarıstana qaz tədarükünü 1,5 milyard kubmetrə çatdırmaq niyyətindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_174:0:2903:2047_1920x0_80_0_0_54018d3527483e8303caa6acf4b85f8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
socar, bolqarıstan
SOCAR Bolqarıstanda qaz ticarəti üçün lisenziya alıb
"Socar Trading Gas & Power" şirkəti Almaniya-Şərqi Avropa dəhlizi boyunca, həmçinin Bolqarıstan və İtaliya arasında təbii qaz tədarük edəcək.
BAKI, 13 may — Sputnik. Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "Socar Trading Gas & Power" şirkətinə təbii qaz ticarəti üzrə on illik lisenziya verib.
Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) bəyanatında qeyd edilib ki, şirkət həmçinin 2023-2027-ci illər üzrə öz biznes planı üçün tənzimləyici orqanlarının təsdiqini alıb.
Beləliklə, "Socar Trading Gas & Power" Almaniya-Şərqi Avropa dəhlizi boyunca, eləcə də Bolqarıstan və İtaliya arasında təbii qaz tədarük edəcək. Lisenziya həmçinin şirkətə təbii qaz almağa və saxlamağa imkanı verəcək.
Lisenziya "Socar Trading Gas & Power" şirkətinin Bolqarıstanın topdansatış bazarının bütün seqmentlərində iştirakı, habelə uzunmüddətli və strateji layihələrin işlənib hazırlanması və dəstəklənməsi üçün lazımi əsasın təmin edilməsi məqsədi daşıyır.
Enerji və Su Tənzimləmə Komissiyasının qərarı aprelin əvvəlində "Socar Trading Gas & Power" tərəfindən verilən ərizədən sonra verilib.
Xatırladaq ki, ötən ay "SOCAR" Bolqarıstanın paytaxtı Sofiya şəhərində ofis açıb.
Ötən ayın sonunda "SOCAR" və Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli sisteminin operatorları Azərbaycan təbii qazının əlavə həcmlərinin Avropaya tədarükünün təmin edilməsi üzrə birgə iş barədə razılığa gəliblər.
Azərbaycan təbii qazı Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Yunanıstandan Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) daxil edən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan TAP vasitəsilə Avropaya 11,4 milyard kubmetr təbii qaz çatdırıb. Hazırda Bolqarıstan Yunanıstan-Bolqarıstan IGB interkonnektoru vasitəsilə Azərbaycandan 1 milyard kubmetr təbii qaz alır.
Azərbaycan 2027-ci ilə qədər Bolqarıstana qaz tədarükünü 1,5 milyard kubmetrə çatdırmaq niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.