https://sputnik.az/20230513/medeniyyet-sahesinde-bir-sira-teyinatlar-olub-454810571.html
Mədəniyyət sahəsində bir sıra mühüm postlara təyinatlar olub
Mədəniyyət sahəsində bir sıra mühüm postlara təyinatlar olub
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini, nazir Adil Kərimlinin əmri ilə Muğam Mərkəzinin rəhbəri təyin edilib. Filarmoniya və Milli... 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T16:39+0400
2023-05-13T16:39+0400
2023-05-13T22:29+0400
mədəniyyət
nazir müavini
mədəniyyət nazirliyi
mədəniyyət
heydər əliyev fondu
prezident ilham əliyev
dövlət akademik milli dram teatrı
azərbaycan dövlət filarmoniyası
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:285:3069:2011_1920x0_80_0_0_e1b328850bf64210f19e392cb4ff4846.jpg
BAKI, 13 may - Sputnik. Mədəniyyət nazirinə yeni müavin təyin olunub.Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Fərid Cəfərov təyinat alıb.Qeyd edək ki, F.Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Bu təyinata qədər Azərbaycan Gənclər Fondunun icraçı direktoru olub.Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.***Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.***Əməkdar artist Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.Bununla bağlı müvafiq sərəncam imzalanıb.O, bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəzləyib.Qeyd edək ki, F.İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.F.İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycanın Əməkdar artistidir.***Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:0:2731:2048_1920x0_80_0_0_1c303df7526d6128ee6a8ea1c00a944a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazir müavini, mədəniyyət nazirliyi, mədəniyyət, heydər əliyev fondu, prezident ilham əliyev, dövlət akademik milli dram teatrı, azərbaycan dövlət filarmoniyası
nazir müavini, mədəniyyət nazirliyi, mədəniyyət, heydər əliyev fondu, prezident ilham əliyev, dövlət akademik milli dram teatrı, azərbaycan dövlət filarmoniyası
Mədəniyyət sahəsində bir sıra mühüm postlara təyinatlar olub
16:39 13.05.2023 (Yenilənib: 22:29 13.05.2023) Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini, nazir Adil Kərimlinin əmri ilə Muğam Mərkəzinin rəhbəri təyin edilib. Filarmoniya və Milli Dram Teatrında da təyinatlar olub.
BAKI, 13 may - Sputnik. Mədəniyyət nazirinə yeni müavin təyin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Fərid Cəfərov təyinat alıb.
Qeyd edək ki, F.Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Bu təyinata qədər Azərbaycan Gənclər Fondunun icraçı direktoru olub.
Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.
Əməkdar artist Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
O, bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəzləyib.
Qeyd edək ki, F.İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.
F.İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.
Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycanın Əməkdar artistidir.
Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.
Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.