ELM

Hansı qidalar qadınları xəstəliklərdən qoruyur?

© Photo : PxhereTərəvəzlər, arxiv şəkli
Tərəvəzlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Alimlər 40 yaşdan sonrakı dövrü də sağlam yaşamaq üçün bir sıra qidaların adlarını açıqlayıblar.
BAKI, 13 may— Sputnik. Müxtəlif xəstəliklərin yaranmasına görə qadınlar üçün ən riskli yaş dövrü 40-dan sonra başlayır.
Alimlər bildirir ki, yaşlandıqca, xüsusən də 40 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri riski artır. Mütəxəssislər 40 yaşdan sonrakı dövrü də sağlam yaşamaq üçün pəhriz saxlamağın önəmli olduğunu vurğulayaraq bir sıra faydalı qidaların adlarını açıqlayıblar.
Ürək sağlamlığını qorumaq üçün yağlı balıqlar, meyvələr, qoz-fındıq yemək məsləhət görülür. Alimlər qeyd edir ki, xüsusən də yağlı balıqlar iltihabı, aritmiya və ateroskleroz riskini azalda bilən omeqa-3 yağ turşuları ilə zəngindir.
Bundan başqa, antioksidantlarla zəngin qarağat, böyürtkən, çiyələk və moruq kimi giləmeyvə yemək məsləhət görülür. Bu giləmeyvələr isə iltihabı azaldır və ürək xəstəliklərinin inkişafının qarşısını alır.
Ürək xəstəliklərindən qorunmaq üçün alimlər şəkər, natrium və emal olunmuş qidalardan uzaq olmağı məsləhət görür.
Xəbər lenti
0