https://sputnik.az/20230513/dag-suyu-adi-altinda-kran-suyu-satirlar---aqta-xeberdarliq-etdi-454802616.html
Dağ suyu adı altında "kran" suyu satırlar - AQTA xəbərdarlıq etdi
Dağ suyu adı altında "kran" suyu satırlar - AQTA xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Eyyub Hüseynov bildirib ki, qablaşdırılmış sular istehsal olunan zaman onun tərkibinə adi xlorlu su qatılır, yaxud da mərkəzləşmiş sudan istifadə etməklə... 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T19:00+0400
2023-05-13T19:00+0400
2023-05-13T19:00+0400
su
cəmiyyət
aqta
eyyub hüseynov
azad istehlakçılar birliyinin sədri eyyub hüseynov
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_38:0:1000:541_1920x0_80_0_0_880844ba6e12ce1c9cc1937f7de20f7b.jpg
BAKI, 13 may — Sputnik. Son günlər sosial platformada satışa çıxardılan suların əhaliyə verilən su xətlərindən doldurularaq sexlərdə qablaşdırıldığına dair məlumatlar yayılır. Paytaxt sakinlərinin iddiasına görə, yaşayış binalarının zirzəmilərində yerləşən su sexləri istehsal etdikləri suların üzərinə bulaq suyu, təbii mineral su olduğunu yazsa da, həmin suları mərkəzləşmiş su xətlərindən götürərərək qablaşdırırlar. İddialarına görə, su sexləri keyfiyyətsiz suyu filtrdən keçirirərək minerallaşdırırlar. Bu günlərdə "Araz su" şirkətinin təmsilçisi də su sexlərində istehsal olunan qablaşdırılmış içməli suların krandan axan su olduğunu, filtirdən keçirərək satışa çıxardıldığını təsdiqləyib. AQTA əhaliyə xəbərdarlıq etdi! Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də yayılan iddialarla bağlı araşdırma aparıb. AQTA satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib. Qurumdan verilən məlumatda bildirilir ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə "təbii", "mineral", "müalicəvi" sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb. Bu xüsusda ötən həftə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən "Araz su" içməli su emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilmiş və qanunsuz fəaliyyətin qarşısı alınıb. Həmçinin aparılan nəzarət tədbirləri çərçivəsində "ÇEMP Su" və "Çuxuryurd İstisu" əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq "təbii", "mineral", "müalicəvi" və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub. Hazırda bununla bağlı Agentlik tərəfindən qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilməkdədir. AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir. İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur. Sexlər "krant"dan gələn suyu qablaşdıraraq satışa çıxardır Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, içməli su istehsalı ilə məşğul olan sexlər Bakıda "krantdan" gələn xlorlu suyu qablaşdıraraq dağ suyu, mineral su adı altında satışa çıxardırlar. Birlik sədrinin sözlərinə görə, qablaşdırılmış suların bir litrini 0,90-1 manata satışa çıxardırlar. Bu istehlakçını aldatmaqdır. Hər bir brend suyun saxta variantları da var. Çünki, istehlakçı onun saxta olduğunu müəyyən edə bilmir: "Qablaşdırılmış sular istehsal olunan zaman onun tərkibinə adi xlorlu su qatılır, yaxud da mərkəzləşmiş sudan istifadə etməklə satışa çıxardılır. AQTA məsələ sosial şəbəkələrdə ictimailəşdikdən sonra yoxlama aparsa da, indiyədək su sexləri bu qanunsuzluqlara yol veriblər. Çox yaxşı olardı ki, AQTA bütün su istehsalı ilə məşğul olan sexlərdə ekspertiza aparsın. Suyun tərkibinin etiketlərindəki məlumatların düz gəlib-gəlmədiyini araşdırsın". AQTA etiket məlumatlarını təqib etməyi öz üzərinə götürüb E.Hüseynov bildirib ki, AQTA-nın yoxlaması zamanı suyun mənbəyi, sanitar vəziyyət və tərkibinin etiketlə uyğunluğu araşdırılıb. Bu isə çox vacib məsələdir. "Bu yoxlama zamanı üzə çıxır ki, dağ suyu, mineral su adı altında satılan suların tərkibi nədir? Çox yaxşı haldır ki, AQTA yanvar ayından etiket məlumatlarını təqib etməyi öz üzərinə götürüb. Çünki, illərdir etiketlə istehlakçıların aldadılması halları baş verir. Buna son qoyulmalıdır. Əksər hallarda malların tərkibi ilə etiket məlumatları düz gəlmir". Eyyub Hüseynov həmçinin bildirdi ki, su sifariş edərkən marka araşdırması aparmaq və etibarlı şirkətləri seçmək lazımdır. Qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Çünki, bu gün dağ və bulaq suyu adı altında kifayət qədər istehlakçı aldadılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_178:0:899:541_1920x0_80_0_0_63bced7d459ed7d1c9c56bf1df471959.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
su, aqta, eyyub hüseynov, azad istehlakçılar birliyinin sədri eyyub hüseynov
su, aqta, eyyub hüseynov, azad istehlakçılar birliyinin sədri eyyub hüseynov
Dağ suyu adı altında "kran" suyu satırlar - AQTA xəbərdarlıq etdi
Eyyub Hüseynov bildirib ki, qablaşdırılmış sular istehsal olunan zaman onun tərkibinə adi xlorlu su qatılır, yaxud da mərkəzləşmiş sudan istifadə etməklə satışa çıxarılır.
BAKI, 13 may — Sputnik. Son günlər sosial platformada satışa çıxardılan suların əhaliyə verilən su xətlərindən doldurularaq sexlərdə qablaşdırıldığına dair məlumatlar yayılır. Paytaxt sakinlərinin iddiasına görə, yaşayış binalarının zirzəmilərində yerləşən su sexləri istehsal etdikləri suların üzərinə bulaq suyu, təbii mineral su olduğunu yazsa da, həmin suları mərkəzləşmiş su xətlərindən götürərərək qablaşdırırlar. İddialarına görə, su sexləri keyfiyyətsiz suyu filtrdən keçirirərək minerallaşdırırlar.
Bu günlərdə "Araz su" şirkətinin təmsilçisi də su sexlərində istehsal olunan qablaşdırılmış içməli suların krandan axan su olduğunu, filtirdən keçirərək satışa çıxardıldığını təsdiqləyib.
AQTA əhaliyə xəbərdarlıq etdi!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də yayılan iddialarla bağlı araşdırma aparıb. AQTA satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib. Qurumdan verilən məlumatda bildirilir ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə "təbii", "mineral", "müalicəvi" sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb. Bu xüsusda ötən həftə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən "Araz su" içməli su emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilmiş və qanunsuz fəaliyyətin qarşısı alınıb. Həmçinin aparılan nəzarət tədbirləri çərçivəsində "ÇEMP Su" və "Çuxuryurd İstisu" əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq "təbii", "mineral", "müalicəvi" və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub.
Hazırda bununla bağlı Agentlik tərəfindən qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilməkdədir. AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir. İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
Sexlər "krant"dan gələn suyu qablaşdıraraq satışa çıxardır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, içməli su istehsalı ilə məşğul olan sexlər Bakıda "krantdan" gələn xlorlu suyu qablaşdıraraq dağ suyu, mineral su adı altında satışa çıxardırlar. Birlik sədrinin sözlərinə görə, qablaşdırılmış suların bir litrini 0,90-1 manata satışa çıxardırlar. Bu istehlakçını aldatmaqdır. Hər bir brend suyun saxta variantları da var. Çünki, istehlakçı onun saxta olduğunu müəyyən edə bilmir:
"Qablaşdırılmış sular istehsal olunan zaman onun tərkibinə adi xlorlu su qatılır, yaxud da mərkəzləşmiş sudan istifadə etməklə satışa çıxardılır. AQTA məsələ sosial şəbəkələrdə ictimailəşdikdən sonra yoxlama aparsa da, indiyədək su sexləri bu qanunsuzluqlara yol veriblər. Çox yaxşı olardı ki, AQTA bütün su istehsalı ilə məşğul olan sexlərdə ekspertiza aparsın. Suyun tərkibinin etiketlərindəki məlumatların düz gəlib-gəlmədiyini araşdırsın".
AQTA etiket məlumatlarını təqib etməyi öz üzərinə götürüb
E.Hüseynov bildirib ki, AQTA-nın yoxlaması zamanı suyun mənbəyi, sanitar vəziyyət və tərkibinin etiketlə uyğunluğu araşdırılıb. Bu isə çox vacib məsələdir.
"Bu yoxlama zamanı üzə çıxır ki, dağ suyu, mineral su adı altında satılan suların tərkibi nədir? Çox yaxşı haldır ki, AQTA yanvar ayından etiket məlumatlarını təqib etməyi öz üzərinə götürüb. Çünki, illərdir etiketlə istehlakçıların aldadılması halları baş verir. Buna son qoyulmalıdır. Əksər hallarda malların tərkibi ilə etiket məlumatları düz gəlmir".
Eyyub Hüseynov həmçinin bildirdi ki, su sifariş edərkən marka araşdırması aparmaq və etibarlı şirkətləri seçmək lazımdır. Qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Çünki, bu gün dağ və bulaq suyu adı altında kifayət qədər istehlakçı aldadılır.