Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün Avroviziya mahnı müsabiqəsinin final gecəsi olacaq

© AFP 2023 / PAUL ELLISAvroviziya mahnı müsabiqəsi
Avroviziya mahnı müsabiqəsi - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Ötən gün açıqlanan nəticələrə görə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.
BAKI, 13 may— Sputnik. Bu gün Böyük Britaniyanın Liverpul şəhərində "Avroviziya-2023" mahnı müsabiqəsinin final mərhələsi baş tutacaq.
Artıq ötən gün final mərhələsinin bütün iştirakçıları bəlli olub. Ötən gün açıqlanan nəticələrə görə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.
Daha əvvəl isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala vəsiqə qazanıblar.
Qeyd edək ki, bu mərhələyə yarımfinallarda seçilən 20 ölkə ilə yanaşı, ev sahibi Böyük Britaniya, ötənilki qalib Ukrayna, eləcə də İtaliya, Fransa, İspaniya və Almaniya təmsilçiləri də birbaşa qatılacaqlar.
Xatırladaq ki, müsabiqədə ölkəmizi təmsil edən "TuralTuranX" dueti birinci yarımfinalda mübarizəni dayandırıb.
Xəbər lenti
0