CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqyolunda telefon istifadəsi sağlamlığınızı təhlükəyə atır

© AP Photo / Riccardo De LucaƏllərində telefon olan şəxslər, arxiv şəkli
Əllərində telefon olan şəxslər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Ayaqyolunda telefon istifadə edənlərin virusa və bakteriyalara yoluxma ehtimalı 18 dəfə daha yüksəkdir.
BAKI, 13 may— Sputnik. İngiltərədə aparılan araşdırmalar zamanı bəlli olub ki, insanların böyük əksəriyyəti ayaqyolunda olarkən də telefon istifadə edir.
Mütəxəssislərin fikrincə, telefon səthləri tualet oturacaqlarından daha çirklidir və ciddi bakteriya yuvasıdır.
İngiltərənin "Surrey" Universitetində molekulyar biologiya üzrə professor Simon Park tələbələrlə birgə telefon səthlərindəki mikrob infeksiyalarını analiz ediblər: "Bir telefon üzərində apardığımız tədqiqat zamanı bütün səthin "Bacillus mycoides" adlı bakteriyalarla örtüldüyünü gördük".
Mütəxəssis bu cür virusların ishala, ağır xəstəliklərə də səbəb ola biləcəyinə diqqət çəkib.
Türkiyəli mikrobioloq Bükə Çağrı qeyd edir ki, ayaqyoluda olarkən telefon istifadəsi daha risklidir. O, ayaqyolunda virus və bakteriyaların 18 dəfə daha çox olduğuna diqqət çəkib:
"Əksər hallarda biz telefonları təmizləmirik. İctimai nəqliyyatda olarkən, hətta ayaqyoluda olarkən də telefon istifadə edirik. Daha sonra isə həmin telefonu masanın üzərinə qoyuruq, yemək yeyərkən belə tez-tez telefonu əlimizə alırıq. Bu isə o deməkdir ki, biz illərlə, aylarla və günlərlə telefonun üzərinə yığılan viruslarla təmasda oluruq və nəticədə sağlamlığımızı təhlükəyə atırıq".
Nə etməliyik, sualına cavab olaraq mikrobioloq bildirib ki, mütləq şəkildə telefonları tərkibində spirt olan salfet ilə təmizləmək lazımdır.
Xəbər lenti
0