https://sputnik.az/20230513/amerika-rana-qarsi-mudafie-movqeyini-guclendirir-454802489.html
Amerika İrana qarşı müdafiə mövqeyini gücləndirir
Amerika İrana qarşı müdafiə mövqeyini gücləndirir
Sputnik Azərbaycan
Rəsmi Pentaqon bölgədə müdafiə mövqeyini gücləndirmək üçün bir sıra addımlar atacaq. 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T21:23+0400
2023-05-13T21:23+0400
2023-05-13T21:23+0400
iran
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434086638_1567:0:3588:1137_1920x0_80_0_0_f224613b4691c7fed195b702c6754551.jpg
BAKI, 13 may— Sputnik. ABŞ ordusu İranın ticarət gəmilərini ələ keçirməsinin qarşısını almaq məqsədi ilə Fars körfəzində müdafiə mövqeyini gücləndirməyi hədəfləyib. Türkiyə mediasının yaydığı xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı deyib. O qeyd edib ki, rəsmi Pentaqon bölgədə müdafiə mövqeyini gücləndirmək üçün bir sıra addımlar atacaq. Qeyd edək ki, son iki il ərzində İranın beynəlxalq bayraqlarla üzən 15 ticarət gəmisinə hücum və ya onların naviqasiya sisteminə müdaxilə etdiyi açıqlanıb. Xatırladaq ki, ötən ay İran komandoları Oman körfəzində beynəlxalq suları keçən və Küveytdən ABŞ-a neft daşıyan tanker gəmisinə helikopterlə basqın edib. İran donanması tərəfindən ələ keçirilən Marşal adaları bayraqlı gəminin kapitanı idarəetməni itirməmişdən əvvəl kömək istəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434086638_1340:0:3588:1686_1920x0_80_0_0_91ecff2cb9d663d9c0ca32515d5004e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, abş
Amerika İrana qarşı müdafiə mövqeyini gücləndirir
Rəsmi Pentaqon bölgədə müdafiə mövqeyini gücləndirmək üçün bir sıra addımlar atacaq.
BAKI, 13 may— Sputnik. ABŞ ordusu İranın ticarət gəmilərini ələ keçirməsinin qarşısını almaq məqsədi ilə Fars körfəzində müdafiə mövqeyini gücləndirməyi hədəfləyib.
Türkiyə mediasının yaydığı xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı deyib. O qeyd edib ki, rəsmi Pentaqon bölgədə müdafiə mövqeyini gücləndirmək üçün bir sıra addımlar atacaq.
Qeyd edək ki, son iki il ərzində İranın beynəlxalq bayraqlarla üzən 15 ticarət gəmisinə hücum və ya onların naviqasiya sisteminə müdaxilə etdiyi açıqlanıb.
Xatırladaq ki, ötən ay İran komandoları Oman körfəzində beynəlxalq suları keçən və Küveytdən ABŞ-a neft daşıyan tanker gəmisinə helikopterlə basqın edib. İran donanması tərəfindən ələ keçirilən Marşal adaları bayraqlı gəminin kapitanı idarəetməni itirməmişdən əvvəl kömək istəyib.