Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeron rayonunda yaşayış binasında yanğın olub

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidYanğın şlanqı, arxiv şəkli
Yanğın şlanqı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
BAKI, 13 may - Sputnik. Abşeron rayonunda yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, hadisə rayonun Mehdiabad qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m² sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf 1 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər lenti
0