https://sputnik.az/20230512/volodin-abs-da-prezident-seckileri-kampaniyasi-sirke-cevrilir-454737460.html
Volodin: ABŞ-da prezident seçkiləri kampaniyası sirkə çevrilir
Volodin: ABŞ-da prezident seçkiləri kampaniyası sirkə çevrilir
Sputnik Azərbaycan
Sorğu nəticələrinə görə, prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Donald Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs... 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T08:00+0400
2023-05-12T08:00+0400
2023-05-12T08:00+0400
vyaçeslav volodin
dünya xəbərləri
abş
abş prezidenti cozef bayden
prezident seçkiləri
sirk
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 12 may — Sputnik. ABŞ-da prezident seçkiləri kampaniyası sirkə çevrilir, hər şey hakimiyyəti hazırkı Prezident Co Baydenin "titrəyən" əllərində saxlamaq üçün edilir. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib. "Əgər bu təhlükəli şou nüvə silahı və qlobal ehtiyat valyutasının emissiya mərkəzi olan bir dövlətdə baş verməsəydi bu əyləncəni sakitcə izləmək olardı", - deyə Volodin bildirib. O, həmçinin yazıçı Elizabet Cin Kerrolla təcavüz cəhdi ilə bağlı sabiq Prezident Donald Trampa qarşı ittihamlarının arxasında Baydenin polittexnoloqlarının dayandığını da hesab edir. "Ancaq ABŞ-ın sabiq prezidentinə qarşı irəli sürülən ittihamlar nə qədər absurd olarsa, onun tərəfdarlarının özəyi də bir o qədər güclü birləşirlər", - deyə Volodin hesab edir. Xatırladaq ki, Tramp 30 ildən çox əvvəl baş vermiş iddia edilən təcavüz cəhdində ittiham olunub. Bundan sonra məhkəmə onu bu işdə təqsirli bilib və zərərçəkənə 5 milyon dollar məbləğində təzminat ödəməyə qərar verib. Bu yaxınlarda bildirilib ki, Co Bayden hazırda prezidentliyi dövründə ən pis reytinqə malikdir. Respondentlərin yalnız 36%-i ABŞ-ın hazırkı prezidentinin işini bəyənir. Həmçinin, sorğunun nəticələrinə görə, prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Donald Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs verəcəkdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyaçeslav volodin, abş, abş prezidenti cozef bayden, prezident seçkiləri, sirk, donald tramp
vyaçeslav volodin, abş, abş prezidenti cozef bayden, prezident seçkiləri, sirk, donald tramp
Volodin: ABŞ-da prezident seçkiləri kampaniyası sirkə çevrilir
Sorğu nəticələrinə görə, prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Donald Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs verəcəkdi.
BAKI, 12 may — Sputnik. ABŞ-da prezident seçkiləri kampaniyası sirkə çevrilir, hər şey hakimiyyəti hazırkı Prezident Co Baydenin "titrəyən" əllərində saxlamaq üçün edilir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib.
"Əgər bu təhlükəli şou nüvə silahı və qlobal ehtiyat valyutasının emissiya mərkəzi olan bir dövlətdə baş verməsəydi bu əyləncəni sakitcə izləmək olardı", - deyə Volodin bildirib.
O, həmçinin yazıçı Elizabet Cin Kerrolla təcavüz cəhdi ilə bağlı sabiq Prezident Donald Trampa qarşı ittihamlarının arxasında Baydenin polittexnoloqlarının dayandığını da hesab edir.
"Ancaq ABŞ-ın sabiq prezidentinə qarşı irəli sürülən ittihamlar nə qədər absurd olarsa, onun tərəfdarlarının özəyi də bir o qədər güclü birləşirlər", - deyə Volodin hesab edir.
Xatırladaq ki, Tramp 30 ildən çox əvvəl baş vermiş iddia edilən təcavüz cəhdində ittiham olunub. Bundan sonra məhkəmə onu bu işdə təqsirli bilib və zərərçəkənə 5 milyon dollar məbləğində təzminat ödəməyə qərar verib.
Bu yaxınlarda bildirilib ki, Co Bayden hazırda prezidentliyi dövründə ən pis reytinqə malikdir. Respondentlərin yalnız 36%-i ABŞ-ın hazırkı prezidentinin işini bəyənir. Həmçinin, sorğunun nəticələrinə görə, prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Donald Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs verəcəkdi.