https://sputnik.az/20230512/sulh-muqavilesi-bu-il-imzalanmasa-pasinyan-sarkisyanlasacaq-kocaryanlasacaq---zahid-oruc-454764696.html
Sülh müqaviləsi bu il imzalanmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq - Zahid Oruc
Sülh müqaviləsi bu il imzalanmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq - Zahid Oruc
Sputnik Azərbaycan
Millət vəkilinin sözlərinə görə, indi Gürcüstan həbsxanasında can savaşı verən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər... 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T12:59+0400
2023-05-12T12:59+0400
2023-05-12T12:59+0400
zahid oruc
siyasət
nikol paşinyan
mixeil saakaşvili
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 12 may-Sputnik. "Ermənistanın baş naziri Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi anti-demokratiklikdə ittiham etməsi, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir”. Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Zahid Oruc bildirib ki, işğalçı və separatizmə dəstək verən dövlətlər demokratik sayıla bilməz:Onun sözlərinə görə, hazırda Gürcüstan həbsxanasında can savaşı verən keçmiş prezident Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, nikol paşinyan, mixeil saakaşvili
zahid oruc, nikol paşinyan, mixeil saakaşvili
Sülh müqaviləsi bu il imzalanmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq - Zahid Oruc
Millət vəkilinin sözlərinə görə, indi Gürcüstan həbsxanasında can savaşı verən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər.
BAKI, 12 may-Sputnik. "Ermənistanın baş naziri Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi anti-demokratiklikdə ittiham etməsi, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir”.
Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, işğalçı və separatizmə dəstək verən dövlətlər demokratik sayıla bilməz:
“Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq. Xankəndi erməniləri ilə birgə yaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. “Human Rihgts Watch” son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində, belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər."
Onun sözlərinə görə, hazırda Gürcüstan həbsxanasında can savaşı verən keçmiş prezident Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər.
"Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir. Əslində 44 günlük müharibə həm də Ali Baş Komandan İlham Əliyevə ümumxalq səsverməsi idi və bunun milli iradəni göstərən ən böyük seçim olduğunu hamı bilməlidir”, - deyə komitə sədri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.