https://sputnik.az/20230512/sahibkarlara-sad-xeber---yoxlamalar-ile-bagli-qanuna-muhum-deyisiklik-edilir---detallar-454754654.html
Sahibkarlara şad xəbər - Yoxlamalar ilə bağlı qanuna mühüm dəyişiklik edilir - DETALLAR
Sahibkarlara şad xəbər - Yoxlamalar ilə bağlı qanuna mühüm dəyişiklik edilir - DETALLAR
Sputnik Azərbaycan
Milli Məclisin deputatı qanun layihəsinin sahibkarların hüquqlarının qorunması baxımından vacib olduğunu, layihədə yoxlayıcı orqanlarla sahibkarların hüquq və... 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T09:36+0400
2023-05-12T09:36+0400
2023-05-12T09:36+0400
sahibkar
iqtisadiyyat
yoxlama
vüqar bayramov
sahibkarlıq
"sahibkarlıq fəaliyyəti haqqında" azərbaycan respublikasının qanunu
qanun
dəyişiklik
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 12 may — Sputnik. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna mühüm dəyişikliklər edilir. Belə ki, qanuna yoxlayıcı orqanın və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni fəsil əlavə olunur və s. Yoxlama zamanı sahibkarın özünün orada olması artıq vacib olmayacaq Dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qanun layihəsi sahibkarların hüquqlarının qorunması baxımından vacibdir: "Layihədə yoxlayıcı orqanlarla sahibkarların hüquq və vəzifələri aydın şəkildə göstərilir. Sahibkarların vəzifələri müəyyən edilən zaman onlar üçün daha üstün məqamlar nəzərə alınıb. Məsələn, əvvəllər sahibkarın iştirakı olmadan yoxlama aparılmırdı. Amma bəzi hallarda sahibkar obyektiv səbəbdən yoxlamada iştirak edə bilmirdi, xaricdə səfərdə olurdu və s. Nəticədə yoxlama aparılmasında çətinlik olurdu. Bəzi hallarda hətta yoxlamaya mane olduqlarına və yoxlamada iştirak etmədikərinə görə sahibkarlar cərimə olunurdular. Amma yeni dəyişikliyə əsasən sahibkarın səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama aparıla bilər, yəni yoxlamada sahibkarın özünün olması artıq vacib deyil". Sahibkarlardan götürülən nümunələrlə bağlı xərcləri yoxlayıcı orqan qarşılayacaq Deputat vurğulayıb ki, digər mühüm məqam yoxlama zamanı sahibkarlardan götürülən nümunələrlə bağlı xərclərin yoxlayıcı orqan tərəfindən ödənilməsidir. Çünki bəzi hallarda sahibkarın satdığı məhsul nümunə olaraq götürülürdü və bir sıra hallarda onların qiyməti kifayət qədər bahalı olurdu. Nəticədə götürülən nümunənin xərcinin ödənilməsi ilə bağlı problemlər yaşanırdı. Artıq qanun birmənalı şəkildə qeyd edir ki, yoxlama zamanı götürülən nümunələr ilə bağlı xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək. Sahibkarlara pulsuz məsləhətlər və izahatlar veriləcək "Yeni qanun layihəsinə sahibkarlara pulsuz məsləhətlərin və izahatların verilməsi kimi fəaliyyətlər də daxildir. Ona görə də yeni qanun layihəsi sahibkarların yoxlama zamanı hüquqlarının daha aydın şəkildə qorunmasına şərait yaradacaq", - deyə deputat əlavə edib. Qeyd edək ki, dəyişikliyə əsasən, yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək. Digər bir dəyişikliyə görə, sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunacaq. Digər bir dəyişikliyə görə, yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq qurum təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata alacaq. Yoxlayıcı orqan görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq quruma göndərəcək. Bundan başqa, yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz: - yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda, - yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda. Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq Layihədə "Yoxlama obyekti"nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın. Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədri Tahir Mirkişili bildirib ki, dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lazımsız müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibkar, yoxlama, vüqar bayramov, sahibkarlıq, "sahibkarlıq fəaliyyəti haqqında" azərbaycan respublikasının qanunu, qanun, dəyişiklik, milli məclis
sahibkar, yoxlama, vüqar bayramov, sahibkarlıq, "sahibkarlıq fəaliyyəti haqqında" azərbaycan respublikasının qanunu, qanun, dəyişiklik, milli məclis
Sahibkarlara şad xəbər - Yoxlamalar ilə bağlı qanuna mühüm dəyişiklik edilir - DETALLAR
Milli Məclisin deputatı qanun layihəsinin sahibkarların hüquqlarının qorunması baxımından vacib olduğunu, layihədə yoxlayıcı orqanlarla sahibkarların hüquq və vəzifələrinin aydın şəkildə göstərildiyini diqqətə çatdırıb.
BAKI, 12 may — Sputnik. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna mühüm dəyişikliklər edilir. Belə ki, qanuna yoxlayıcı orqanın və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni fəsil əlavə olunur və s.
Yoxlama zamanı sahibkarın özünün orada olması artıq vacib olmayacaq
Dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qanun layihəsi sahibkarların hüquqlarının qorunması baxımından vacibdir: "Layihədə yoxlayıcı orqanlarla sahibkarların hüquq və vəzifələri aydın şəkildə göstərilir. Sahibkarların vəzifələri müəyyən edilən zaman onlar üçün daha üstün məqamlar nəzərə alınıb. Məsələn, əvvəllər sahibkarın iştirakı olmadan yoxlama aparılmırdı. Amma bəzi hallarda sahibkar obyektiv səbəbdən yoxlamada iştirak edə bilmirdi, xaricdə səfərdə olurdu və s. Nəticədə yoxlama aparılmasında çətinlik olurdu. Bəzi hallarda hətta yoxlamaya mane olduqlarına və yoxlamada iştirak etmədikərinə görə sahibkarlar cərimə olunurdular. Amma yeni dəyişikliyə əsasən sahibkarın səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama aparıla bilər, yəni yoxlamada sahibkarın özünün olması artıq vacib deyil".
Sahibkarlardan götürülən nümunələrlə bağlı xərcləri yoxlayıcı orqan qarşılayacaq
Deputat vurğulayıb ki, digər mühüm məqam yoxlama zamanı sahibkarlardan götürülən nümunələrlə bağlı xərclərin yoxlayıcı orqan tərəfindən ödənilməsidir. Çünki bəzi hallarda sahibkarın satdığı məhsul nümunə olaraq götürülürdü və bir sıra hallarda onların qiyməti kifayət qədər bahalı olurdu. Nəticədə götürülən nümunənin xərcinin ödənilməsi ilə bağlı problemlər yaşanırdı. Artıq qanun birmənalı şəkildə qeyd edir ki, yoxlama zamanı götürülən nümunələr ilə bağlı xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək.
Sahibkarlara pulsuz məsləhətlər və izahatlar veriləcək
"Yeni qanun layihəsinə sahibkarlara pulsuz məsləhətlərin və izahatların verilməsi kimi fəaliyyətlər də daxildir. Ona görə də yeni qanun layihəsi sahibkarların yoxlama zamanı hüquqlarının daha aydın şəkildə qorunmasına şərait yaradacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, dəyişikliyə əsasən, yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək.
Digər bir dəyişikliyə görə, sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunacaq.
Digər bir dəyişikliyə görə, yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq qurum təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata alacaq. Yoxlayıcı orqan görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq quruma göndərəcək.
Bundan başqa, yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:
- yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda,
- yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.
Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq
Layihədə "Yoxlama obyekti"nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın.
Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədri Tahir Mirkişili bildirib ki, dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lazımsız müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.