DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşalı nazirdən Almaniya kanslerinə sərt sözlər: "O, ya axmaqdır, ya da manipulyator"

© AP Photo / Markus SchreiberOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Polşa Ədliyyə Nazirliyinin rəhbəri bildirib ki, İkinci Dünya müharibəsinin gerçək qurbanlarını təhqir edən Almaniya kansleri bu həddi keçib.
BAKI, 12 may — Sputnik. Polşa Ədliyyə Nazirliyinin rəhbəri Zbiqnev Ziobro Almaniyanın İkinci Dünya müharibəsindəki rolu ilə bağlı qalmaqallı bəyanatla çıxış edən Almaniya kansleri Olaf Şolts haqqında kəskin fikirlər səsləndirib.
Bundan əvvəl Almaniya kansleri sosial şəbəkələrdə yazıb ki, Almaniya 78 il əvvəl nasional-sosializm zülmündən azad edilib. Şoltsun ​​bəyanatı Zbiqnev Ziobro tərəfindən şiddətlə tənqid edilib. O, Almaniya kanslerinin Gebbelsin ənənəsinə uyğun olaraq real insan itkilərini və yəhudilərin soyqırımını Almaniyanın məruz qaldığı imic itkisi ilə müqayisə etməsini qınayıb.
"Absurd və yalanın da bir həddi var, İkinci Dünya müharibəsinin gerçək qurbanlarını təhqir edən Almaniya kansleri bu həddi keçib. O, ya axmaqdır, ya da manipulyatordur", - Ziobro bildirib.
Sonda Polşa Ədliyyə Nazirliyinin rəhbəri xatırladıb ki, Avropa İttifaqı daxilində səsvermədə yekdillik prinsipinin ləğv edilməsini təklif edən məhz Olaf Şolts olub, lakin belə təcrübənin tətbiqi qəbuledilməzdir.
Xəbər lenti
0