https://sputnik.az/20230512/kecen-il-kucelerde-isleyen-ve-dilencilik-eden-685-usaq-askarlanib---hesabat-454766999.html
Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb - Hesabat
Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb - Hesabat
Sputnik Azərbaycan
Sənəddə qeyd edilib ki, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis... 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T23:19+0400
2023-05-12T23:19+0400
2023-05-12T23:19+0400
dilənçi
cəmiyyət
uşaq
valideyn
məlumat
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426724133_0:320:3072:2048_1920x0_80_0_0_43a2893f267cebe4052b8fa5ae99d816.jpg
BAKI, 12 may-Sputnik. "Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb". Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. Qeyd edilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb. Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb. Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib. Sənəddə 2022-ci ildə 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayətin qeydə alındığı bildirilib. Budan başqa, insan alveri cinayəti törətdiklərinə görə 15 şəxs (2-si kişi, 13-ü qadın) məhkəmə məsuliyyətinə təqdim edilib. Onların məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərindən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, 1 kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlər görülüb. Qeyd edək ki, bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirəyə çıxarılıb. Məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib. Müzakirələrdən sonra “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426724133_134:416:2311:2048_1920x0_80_0_0_fbac0c3975367d9528686546269d32fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dilənçi, uşaq, valideyn, məlumat
dilənçi, uşaq, valideyn, məlumat
Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb - Hesabat
Sənəddə qeyd edilib ki, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb.
BAKI, 12 may-Sputnik. "Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb". Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb.
Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb.
Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.
Sənəddə 2022-ci ildə 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayətin qeydə alındığı bildirilib. Budan başqa, insan alveri cinayəti törətdiklərinə görə 15 şəxs (2-si kişi, 13-ü qadın) məhkəmə məsuliyyətinə təqdim edilib. Onların məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərindən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, 1 kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirəyə çıxarılıb.
Məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.