CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçən il Bakıda 91 şagirdin icbari təhsildən yayınması aşkarlanıb - Hesabat

© Sputnik / Murad OrujovMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirəyə çıxarılıb. Məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
BAKI, 12 may - Sputnik. Keçən il Bakı şəhərində uşaqların icbari təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi monitorinqlər aparılıb.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, həmin tədbirlər zamanı 91 şagirdin icbari təhsildən yayınması aşkarlanaraq valideynlərinə xəbərdarlıq edilməklə dərsə davamiyyətləri təmin olunub.
Sənəddə bildirilib ki, keçən il ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olmuş valideyn himayəsindən məhrum 994 tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilib. Onların hər birinə müvafiq sənədlərin toplanmasında lazımi köməkliklər göstərilib.
Qeyd edək ki, bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirəyə çıxarılıb.
Məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0