Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan PUA-ları hədəfə çatmadan zərərsizləşdirilib - Müdafiə Nazirliyi

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidMəhv edilmiş PUA
Məhv edilmiş PUA - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
BAKI, 12 may - Sputnik. Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of DefencePUA-larının qalıqları
PUA-larının qalıqları  - Sputnik Azərbaycan, 1920, 12.05.2023
PUA-larının qalıqları
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.
Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.
© AR Ministry of DefencePUA-larının qalıqları
PUA-larının qalıqları  - Sputnik Azərbaycan, 1920, 12.05.2023
PUA-larının qalıqları
Xatırladaq ki, gün ərzində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
© AR Ministry of DefencePUA-larının qalıqları
PUA-larının qalıqları  - Sputnik Azərbaycan, 1920, 12.05.2023
PUA-larının qalıqları
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur", - deyə nazirliyin məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0