Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

© Sputnik / Murad OrujovAzərbaycan və Özbəkistan bayraqları, arxiv şəkli
Azərbaycan və Özbəkistan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.
BAKI, 12 may-Sputnik. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin iclasında bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib. Sazişə əsasən, baş ofis Daşkənddə, nümayəndəlik isə Bakıda olacaq.
Fondun nizamnamə kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı isə 25%-dir. Fondun Azərbaycan və Özbəkistan, eləcə də üçüncü ölkələrdə investisiya qoyması nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0