https://sputnik.az/20230512/avropada-silahlara-nezaretin-geleceyi-haqqinda-danismaq-tezdir---qavrilov-454765026.html
Avropada silahlara nəzarətin gələcəyi haqqında danışmaq tezdir - Qavrilov
Avropada silahlara nəzarətin gələcəyi haqqında danışmaq tezdir - Qavrilov
Sputnik Azərbaycan
Rusiya nümayəndə heyətinin rəhbəri bildirib ki, gec-tez hər kəs Avropa güc balansını müəyyən etmək üçün danışıqlar masasına əyləşməli olacaq. 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T23:01+0400
2023-05-12T23:01+0400
2023-05-12T23:01+0400
avropa
dünya xəbərləri
silahlar
https://cdnn1.img.sputnik.az/img/42273/70/422737058_0:230:2873:1846_1920x0_80_0_0_d39457a065aa99674d3650d4d208397e.jpg
BAKI, 12 may — Sputnik. Avropada adi silahlara nəzarət rejiminin gələcəyi haqqında danışmağın vaxtı hələ çatmayıb, inamsızlıq şəraitində yeni nəzarət arxitekturası yaradıla bilməz. Bu barədə cümə günü TASS-a hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib. O əlavə edib ki, gec-tez hər kəs Avropa güc balansını müəyyən etmək üçün danışıqlar masasına əyləşməli olacaq. Qavrilovun sözlərinə görə, yeni müqavilələri sıfırdan yazmaq lazım gələcək. Bununla belə, o, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) artıq praktikada işlənmiş bəzi elementlərinin istifadə oluna biləcəyini istisna etməyib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin CFE Müqaviləsinin birtərəfli qaydada dayandırılması haqqında təşəbbüslə çıxış edib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov parlamentdə müqavilənin birtərəfli qaydada dayandırılması məsələsinə baxılarkən prezidentin rəsmi nümayəndəsi təyin edilib. Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 1990-cı ildə imzalanıb və 1999-cu ildə uyğunlaşdırılıb. NATO ölkələri 1990-cı ilin müddəalarına riayət etməyə davam edərək bu sənədin uyğunlaşdırılmış variantını ratifikasiya etməyib. Nəticədə Rusiya 2007-ci ildə sazişin şərtlərinin yerinə yetirilməsinə moratorium elan etməyə məcbur olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42273/70/422737058_142:0:2873:2048_1920x0_80_0_0_6e9c9d90a26150e1666321471d67ae80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, silahlar
Avropada silahlara nəzarətin gələcəyi haqqında danışmaq tezdir - Qavrilov
Rusiya nümayəndə heyətinin rəhbəri bildirib ki, gec-tez hər kəs Avropa güc balansını müəyyən etmək üçün danışıqlar masasına əyləşməli olacaq.
BAKI, 12 may — Sputnik. Avropada adi silahlara nəzarət rejiminin gələcəyi haqqında danışmağın vaxtı hələ çatmayıb, inamsızlıq şəraitində yeni nəzarət arxitekturası yaradıla bilməz.
Bu barədə cümə günü TASS-a hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Əlbəttə ki, gələcək haqqında ətraflı danışmaq hələ tezdir. Silahlara nəzarət dövlətlər arasında daha geniş təhlükəsizlik münasibətlərinin bir hissəsidir. Avropada kəskin inam çatışmazlığı şəraitində adi silahlara nəzarət üçün yeni arxitektura qurmaq olmaz," - deyə Qavrilov qeyd edib.
O əlavə edib ki, gec-tez hər kəs Avropa güc balansını müəyyən etmək üçün danışıqlar masasına əyləşməli olacaq.
Qavrilovun sözlərinə görə, yeni müqavilələri sıfırdan yazmaq lazım gələcək. Bununla belə, o, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) artıq praktikada işlənmiş bəzi elementlərinin istifadə oluna biləcəyini istisna etməyib.
"Rusiya beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının formalaşmasında ilk növbədə öz milli maraqlarını rəhbər tutmaq niyyətindədir", - diplomat vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin CFE Müqaviləsinin birtərəfli qaydada dayandırılması haqqında təşəbbüslə çıxış edib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov parlamentdə müqavilənin birtərəfli qaydada dayandırılması məsələsinə baxılarkən prezidentin rəsmi nümayəndəsi təyin edilib.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 1990-cı ildə imzalanıb və 1999-cu ildə uyğunlaşdırılıb. NATO ölkələri 1990-cı ilin müddəalarına riayət etməyə davam edərək bu sənədin uyğunlaşdırılmış variantını ratifikasiya etməyib. Nəticədə Rusiya 2007-ci ildə sazişin şərtlərinin yerinə yetirilməsinə moratorium elan etməyə məcbur olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.