Aİ Çinlə ciddi birgə fəaliyyətə hazırdır - Borrell

© AP Photo / Geert Vanden WijngaertAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Məktubun mətninə əsasən, Borrell Aİ-nin Çinin həll yolu tapmaq üçün bütün müsbət addımlarını alqışladığını bildirib.
BAKI, 12 may — Sputnik. Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell, İttifaqın Ukrayna ilə bağlı "həll yolu axtarmaq" üçün Çinlə ciddi birgə fəaliyyətə hazır olduğunu açıqlayıb. Bu barədə "Financial Times" qəzeti Aİ üzv dövlətlərinin xarici işlər nazirlərinə ünvanlanmış məktuba istinadən yazır.
Məktubun mətninə əsasən, Borrell Aİ-nin Çinin həll yolu tapmaq üçün bütün müsbət addımlarını alqışladığını bildirib.
Bundan əlavə, Aİ diplomatiyasının rəhbəri vurğulayıb ki, birlik ölkələri inkişaf etməkdə olan ölkələrin artan gücünü əngəlləməyə çalışmamalıdır. O, bununla üzv dövlətlərin ABŞ-ın daha sərt yanaşmasını qəbul etmək istəmədiklərinə işarə edir. Borrell həmçinin bildirib ki, Brüssel aşağı gəlirli ölkələrlə münasibətdə Çinin təsirini nəzərə almalıdır və bu ölkələrin bu və ya digər tərəfi tutması gözləntilərinə qarşı xəbərdarlıq edib.

"Aİ bilməlidir ki, bir çox ölkələr Çinin geosiyasi təsirini Qərbə və buna görə də Avropaya qarşı tarazlıq kimi görür. Onlar tərəf seçmədən öz manevr imkanlarını artırmağa çalışacaqlar", - o yazıb.

Çin hakimiyyəti fevral ayında öz sülh planını təklif etdi. Sülh planı atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın nizamlanması daxil olmaqla 12 bənddən ibarətdir.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Çin sülh planının bir çox bəndləri Qərbdə və Kiyevdə buna hazır olduqda, nizamlanma üçün əsas götürülə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0