Vitse-spiker: Qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçün arxivə çevrilib

© Photo : REPORTBakalavr əlində qırmızı diplom tutub
Bakalavr əlində qırmızı diplom tutub - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Fəzail İbrahimli bildirib ki, universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verirlər.
BAKI, 12 may — Sputnik. Ali məktəbi qırmızı diplomla bitirənlərə üstünlük verilməsi təklif edilir. Bu təkliflə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, deputatlar arasında ali məktəbi qırmızı diplomla bitirənlər olub. Bu, çox böyük stimul idi. Qırmızı diplomla məzun olanlara icazə verirdilər ki, ali məktəbi bitirən kimi aspiranturaya imtahan versin.
F.İbrahimli qeyd edib ki, hazırda ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeyd yanaşılır:
"Biz ali məktəbləri qırmızı diplomla bitirənlərin əziyyətinə laqeydik. Onlara mütləq hansısa üstünlük verilməlidir. Universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verirlər. Ona görə təklif edirəm ki, “Təhsil haqqında” qanuna dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunlara üstünlük verilməsini də daxil edək”.

"Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib", - deyə F.İbrahimli əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0