SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa aşkar şəkildə Ermənistanı silahlandırmaqda marağını nümayiş etdirir - Deputat

© AFP 2024 / LUDOVIC MARINFransa bayrağı, arxiv şəkli
Fransa bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Deputat bildirib ki, son dövrlərdə Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək niyyəti sərgiləyir. Yeni hərbi attaşenin əsas fəaliyyət istiqaməti ondan ibarət olacaq ki, Ermənistana Fransanın müasir yeni silahları verilsin.
BAKI, 12 may - Sputnik. “Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsinlər”. Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin mayın 12-də keçirilən iclasında bildirib.
Deputat bildirib ki, son dövrlərdə Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək niyyəti sərgiləyir:

"Artıq məsələnin sırf rəsmi tərəfi qalıb. Yeni hərbi attaşenin əsas fəaliyyət istiqaməti ondan ibarət olacaq ki, Ermənistana Fransanın müasir yeni silahları verilsin. Belə olanda sual ortaya çıxır ki, Fransanın məqsədi nədir? Əgər sülh prosesinə töhfə verməkdirsə, onda ümumilikdə Avropanın sərgilədiyi mövqeyə tam zidd olan mövqe sərgiləmək bir daha riyakarlığın aşkar göstəricisidir. Çünki Avropa İttifaqının yanaşması ondan ibarətdir ki, istər keçmiş, istərsə də hazırkı münaqişə bölgələrinə silahların verilməsinə məhdudiyyətlər tətbiq olunsun. Amma Fransa aşkar şəkildə Ermənistanı silahlandırmaqda marağını nümayiş etdirir, ölkəmizin ərazi bütövlüyünü şübhə altına qoyur".

“İndiki şərtlər daxilində, yəni Azərbaycanın iradəsilə sülh gündəliyinin aktual olduğu dövrdə Fransa proseslərin içərisində yer almaq üçün bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı mövqedən çıxış edərək gələcəkdə tək Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi və sülh prosesi üçün ciddi təhdid yaradır", - deyə deputat qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0