Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını açıqlayıb

© Sputnik / Murad OrujovModul tipli xəstəxana, arxiv şəkli
Modul tipli xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir
BAKI, 11 may — Sputnik. Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.
Bu barədə TƏBİB-dən sorğuya cavab olaraq bildirilib. Qeyd olunub ki, hazırda ümumilikdə 370 çarpayılıq yer mövcuddur: "Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur".
TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.
"Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir", - deyə cavabda bildirilib.
Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib (APA).
Xəbər lenti
0