Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şofer Əhməd" kimi tanınan məşhur aktyor reanimasiyadadır

© Photo : APAElxan Qasımov
Elxan Qasımov - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Azərbaycan kino tarixində qırxdan artıq obraz yaradan Əməkdar artist Elxan Qasımov hazırda özəl xəstəxanaların birində reanimasiyadadır, vəziyyəti stabil-ağırdır.
BAKI, 11 may — Sputnik. Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır. Bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib. Rəşad Qasımovun sözlərinə görə, aktyor hazırda reanimasiyadadır, vəziyyəti stabil-ağırdır.
Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yaymışdı.
Elxan Qasımov kimdir?
Elxan Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "Şofer Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüş sənətkar "Qatır Məmməd", "Otel otağı", "O qızı tapın", "İstintaq", "Bizim küçənin oğlanları" kimi 40-dan artıq filmdə rol alıb.
Xəbər lenti
0